AZAD QARADƏRƏLİNİN YENİ KİTABININ TƏQDİMATI OLACAQ
AZAD QARADƏRƏLİNİN YENİ KİTABININ TƏQDİMATI OLACAQ
27 fevral 2022-ci il tarixdə, saat 14.00-da Misra kitab kafesində -
Lev Tolstoy, 156 (Torqovı küçəyə yaxın, Şaurma-1 restoranının yanı) - yazıçı Azad
Qaradərəlinin “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” romanının təqdimatı olacaq.
Əsərin
süjeti bir Suriya ermənisi olan doktor Avanes Minasyanın Qarabağda döyüşlərdə
olması, həkim kimi çalışması, soydaşlarımıza qarşı qanlı cinayətlərə ortaq
olaraq orqan mafiyasının əlində alətə çevrilməsi və bütün bu gördüklərini qələmə
aldığı gündəlik əsasında qurulmuşdur. Gündəlikdə döyüşçülərimizin Qarabağdakı uğurlu əməliyyatları, xəyanət
nəticəsində erməni ordusunun revanşı, rayonlarımızın, eləcə də Şuşa, Laçın,
Qubadlı və Zəngilanın saatbasaat işğalı təsvir edilmişdir.
Müəllif İstanbulda bir yayın evində olarkən
təsadüfən əlyazması halında olan bu gündəliyin izinə düşür və hər şey də bundan
sonra başlayır...
Fakt, sənəd, tarixi mənbə və ən
başlıcası erməni doktorun yazdıqlarına əsaslanan müəllif, bir də öz baxış
bucağını burada sərgiləmişdir. Məsələn, əsərdəki həqiqi adlarıyla verilən
döyüşçülər – Baloğlan, Filman, yaxud Yaqub kişi (gündəlikdə adı həm də Mehdi
kimi keçir) nə qədər realdırsa, Eldar, onun oğlu Yusif, əsirlikdə erməni
polkovnikin tənasül alətini kəsən Azərbaycanlı qız, özünü şalı ilə asan ana bir
o qədər reala qarışmış irrealdır.
Zəruri qeyd: roman 44 günlük Vətən Müharibəmizdən əvvəl qələmə
alınıb. Əsərin redaktoru müəllifin mərhum qələm dostu Fərzuq Seyidbəyli və gənc
yazar Nicat Həşimzadə, dizayn ustası Talıb, texniki redaktoru Xanım Aneladır.
Kitab “Mücrü” nəşriyyatında çapdan çıxıb.
Yorumlar
Yorum Gönder