“KUMA-MANIÇ ÇÖKƏKLİYİ ROMANI İKİNCİ DƏFƏ NƏŞR OLUNDU

 

 

       “KUMA-MANIÇ ÇÖKƏKLİYİ ROMANI İKİNCİ DƏFƏ NƏŞR OLUNDU

 

       Yazıçı Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanı Mücrü nəşriyyatında ikinci dəfə nəşr olunub. Əsər ilk dəfə “Yazı” dərgisində hissə-hissə, “XAN” nəşriyyatında isə kitab halında 2016-cı ildə çap edilmişdi. Müəllifin ilk  iri həcmli əsəri olan “Günəş tutulan yerdə” və “Şəhərcik” romanları ilə “Kuma-Manıç çökəkliyi”nin arasında müəyyən məzmun və  süjet “qohumluğu” olsa da, bu əsər,  hadisələrə nüfuz  etmək, klassik romançılıqla modern roman məktəbinin sintezini verə bilmək baxımından daha maraqlıdır. “İtirilmiş nəsil” olan 80-90-cı illər gəncliyinin taleyindən və həm də bir zamanlar itkin olan torpaqlarımızdan bəhs edən romanda hadisələr Birinci Qarabağ müharibəsinin fonunda cərəyan etsə də, döyüş səhnələri yox kimidir. Simvolik Lalar kəndi kimi bu döyüş səhnələrinin yoxluğu da, əslində bir çox yoxluqlardan bizi hali edir. Roman 2019-cu ildə İstanbul “Kaynak” yayınları “Boyalıkuş”da “Petrol tarlaları” adı ilə çap olunub.



       Nəfis tərtibata və 328 səhifəlik həcmə malik yeni nəşrin redaktoru Sevinc Elsevər, dizayneri Fərid İlham, texniki redaktoru Xanım Anela, naşiri və ideya müəllifi Müşfiq Xandır.

       Kitabı şəhərimizin kitab mağazalarından əldə etmək olar.

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə