AZAD QARADƏRƏLİ "ÜZÜM" TABURU HEKAYƏ
AZAD
QARADƏRƏLİ
“ÜZÜM”
TABURU
Hekayə
Ukrayna prezidentinin müşaviri
Aleksey Arestoviç 44 günlüg Vətən
Müharibəmizdən, Şuşa əməliyyatından danışaraq ordumuzun qələbə
taktikasından öz müharibələrində də yararlandıqlarından bəhs edib.
İnternet xəbərlərindən
Gecə
metronun yaylı qapıları bağlananda ağzını qızın qulağına söykədi:”Səni çox
sevirəm, bilirsən. Kiyev qədər... Amma bu sözü deyə bilmək üçün...”
Düşmən
bombasının gurultusu səsi batıran kimi sözünün ardı eşidilməz oldu. Qırılmış səsinin
əvəzindən qolları danışdı – qadının boynuna dolandı.
Qəhər
onu boğdu.Yeni doğulmuş, üç aylıq körpələrini dünən düşmənin atdığı bombalar həlak
etmiş, ana da yüngül xəsarət almışdı. (Az sonra bilindi ki, ən ağır xəsarət elə
ananınkı imiş.)Başısoyuqluq edib gecəni evlərində qalmaq istəyi gənc ailəyə
baha oturmuşdu – ilk muradları gözlərində qalmışdı...
Beləcə,
körpəni dəfn edəndən sonra evləri olmadığı üçün dostlarının başsağlığını elə
burada, körpənin qəbirinin yanında qəbul edib, bombordumandan qorunmaq üçün
Kiyev metrosuna gəlmişdilər, amma ayaq üstdə
durmağa yer qalmadığını görüb, metro ilə geri qayıdırdılar.
Zülmət
qaranlıqda zirzəminin qapısını telefonun işığı ilə tapıb içəri girdilər.
Soyuqda büzüşüb yatan adamları ayaqlamamq üçün boş yer tapan kimi
qoltuqlarındakı yorğanı yerə sərib oturdular. Qadını özünə tərəf çəkib
boynundan öpdü. Ağlından keçəni dilinə gətirməkdə zorluluq çəkdi.
İndi
o, yaslı-yaralı sevgilisini burada qoyub səngərə - Kiyevi qorumağa getməliydi.
Amma qadın onu buraxmaq istəmir, göz yaşı tökə-tökə qucaqlayır, boynunu
islada-islada anlaşılmaz sözlər deyirdi:”Saş... Saşa... Ssssaşşşş...”
Oğlan
anladı ki, nəsə etməlidir. Yoxsa, bu gecə burada qalsa, onsuz da sıraları
get-gedə seyrələn şəhərin müdafiəçilərinin yanında gözükölgəli qalacaqdı. (Hər
gün onun dayandığı mövqedəki müdafiəçilərin azı beşi, üçü həlak olurdu.
Maruepolda vəziyyət daha ağırdı, Odessa qan gölümə dönmüşdü, Xarkov da elə...
Amma hər yerdən daha ümdəsi Kiyev idi. O Kiyev ki, Ukranyanın ürəyi burda
döyünürdü. Alman faşizminə ləyaqətlə müqavimət göstərən bu şəhər indi rus
işğalçılarınınmı önündə əyəcəkdi başını?!)
Sabir
qışqırmaq istəyirdi, səsi çıxmırdı. On
il əvvəl oxumağa gəldiyi bu şəhərdə, əslində elə bu qıza görə ilişib
qalmışdı.
Sonra
yaxşı mütəxəssis kimi paytaxtın ən yaxşı silah zavodunun kollektivi onu irəli çəkib,
zavodun istehsalat şöbəsinə müdir qoydular. Sonra onlar evləndilər. Toylarından
bir az sonra Sabirin vətəni Azərbaycanda müharibə başladı. O, artıq vətəndaşı
olduğu Ukraynanın rəhbərliyinə müraciət etdi, vətənini qorumaq üçün Azərbaycana
getməyə icazə istədi. Zoyanı da götürüb, Bakıya gəldi. Düz qırx gün döyüşlərdə
iştirak etdi. Yaralansa da, hospitala getmədi. Döyüşə-döyüşə Şuşayacan yürüdü.
Şuşa əməliyyatında xüsisi təyinatlıların taqımında ən ağır şərtlər altında
vuruşdu. Dağ silsilələrindən kanatlarla, xüsusi kəndirlərlə əlləri qançır
ola-ola dırmaşdı. Əlbəyaxa vuruşda iştirak etdi. Ən axırda düşmənin müqaviməti
qırıldı və onlar Şuşaya girdilər...
İkinci
vətəninə qəhrəman kimi qayıtdı. Döşündə parlayan medal və ordenlər onu
ukranyalı dostlarının gözündə ucaltdı...
Sonra
uşaqları – Üzüm dünyaya gəldi. (Pəh, bu Üzüm adını qoymaq da bir dava-dalaşa
səbəb olacaqdı az qala. Zoya dedi ki, Uzyum nədi, mən bu sözü deyə bilmirəm...
Yaxşı ki, atası, xoxol kişisi Vitali onlara gəlmişdi. Dedi ki, ay qızım, mənim
atam Uzyum qəsəbəsindən idi. Uzyum, yəni vinohrad... Babam heç vaxt vinohrad
deməzdi, elə uzyum deyərdi... Uzyum gözəl addır, yəni vinohrad...
Azərbaycana gedəndə orada da adamların
vinohrada üzüm deməsi yadına düşdü. Sabirin də hərdən öz ana dilində “Bağa
girdim üzümə, tikan batdı dizimə...” sözlərini xüsusi bir avazla oxumasını da
xatırladı və beləcə Zoya bu qəribə adla barışmışdı.)
Onun gəlişinə doyunca sevinə bilmədilər belə -
Rusiya ordusu böyük qüvvə ilə Ukrayna sərhədlərini keçib kəndləri, şəhərləri
işğal etdi, dinc insanları qətlə yetirdi, yaşayış binalarını, baxçaları, məktəbləri
gülləbaran etdi.
Düz bir ayın tamamınacan Sabir dostları
ilə birgə rəşadətlə döyüşür, hərdən Azərbaycandakı döyüş yolunu yada salıb,
dostlarına yeni manevrlər, yeni taktikalar öyrədir, o zaman yanında, Şuşa
uğrunda döyüşlərdə şəhid olan gənc bir komandirin – Noçiyevin* yaratdığı yeni hərbi
taktikadan danışır, döyüşçüləri ruhlandırırdı. Sabir “zəncir halında düzülüş” və
bir də tanklara qarşı “hündürmərtəbəli evlər üzərindən atəş” taktikasını
qurmuşdu və az bir zamanda tək Kiyevdə deyil, Xarkovda da bu taktikadan istifadə
olunurdu. Ölkənin önəmli şəxslərindən biri çıxışında bunu “Şuşa Sabir
taktikası” adlandırmışdı. Sabir çox desə də ki, qardaşlar, bu mənim taktikam
deyil, yüksək dağ keçidlərini kəndir kanatlarla keçən, “zəncirvari həmlə”
yaradan, yüksək dağ səddindən düşmən nöqtələrini asanlıqla susduran gənc
komandir Noçiyevin taktikasıdır, amma buna fikir verən olmadı – elə “Şuşa Sabir
taktikası” kimi qaldı yaddaşlarda...
Belə,
uğurlu müdafiə sisteminin rus ordusunu Kiyevdə sındırdığı bir məqamda düşmən
bombası onların ailəsinin sevincini əllərindən aldı. Təkcə bumu oldu? Xeyir.
Sabirin – Zoyanın Saşasının da qolları buxovlandı. İki gündür döyüşə yollana
bilmir. Zoyanın düşdüyü depressiya ona da təsir edib. Hələ dostları da döyüşdən
şıxıb Üzümün yasını tutmağa gələndə o bağırmış, heç olmasa siz belə eləməyin
deyərək onları qışqıra-qışqıra döyüşə yollamışdı...
İndi
neyləsin? Bəlkə Zoyanı Bakıya göndərsin? “Yoox, heç ağlına gətirmə.”
Yaşadıqları binanın həyətində, qızılgül kollarının yanında dəfn etdikləri o
bapbalaca məzarı qoyub gedərdimi Zoya? Əsla. Boş yerə zəhmət çəkib ona bu sözü
deməyin adı yoxdur... Bəs nə etsin?
Bidən
yadına düşdü ki, Zoya hələ on gün əvvəl demişdi, Saşa, anam gəlsə, Uzyumu verək
aparsın dinc yerə, mən də silah götürüb gələcəm sənin yanına. Birlikdə döyüşək.
Sən demirdin ki, Azərbaycanda qızlar da döyüşürmüş müharibədə? Nəydi adı?
Arasta**... Hə, hə, Arasta! Mənim nəyim Arastadan əskikdir?!
Hə,
hə! Onu depressiyadan çıxartmağın bircə yolu var: geyinib-keçinsin, silah
götürüb getsin şəhər müdafiəçilərin yanına. Elə onun öz yanında vuruşar...
Elə
bu barədə düşünürdü ki, telefonun zəif işığında bir də baxdı Zoyanın döşündən
axan süd onun əynindəki koftanı islatdı; gənc qadın gərildi, yerində qıvrıldı,
sancı çəkirmiş kimi əlini döşünün üstünə qoyub hönkürdü. Sabir xanımını
qucaqladı. Onun isti südü Sabirin də açıq sinəsinə dəyib sanki orada ocaq
qaladı. Yandı sabirin sinəsi. O da gərildi, bağırmamaq üçün ağzını sevgilisinin
çiyninə basdı. “Bu vaxtlar Üzümün süd əmən vaxtları idi. Mən nə danışıram? Hələ
döşünün südü qurumamış, balasının meyidi soyumamış gənc anaya gəl gedək döyüşək
deyirəm... Bəs axı mən neyləyim? Özümün bu saat burada qalmağım xəyanət
kimidir, fərarilikdir. Zoyanı qoyub getmək də ondan beşbetər... Mən indi nə
edim, ay allah?! Bu nə iş idi mən düşdüm?! Mənə yol göstər, ey böyük allah? Döyüş
yoldaşlarım orada mənə möhtac, sevgili həyat yoldaşım burda mənsiz qala
bilmir... Mən nə edim?!”
Birdən
Zoya ayağa qalxdı. Evlərinin çantasından quru bir əski parçası tapıb sinəsinə
qoydu. Üzünü ərinə tutub xeyli gümrah bir sələ dedi: “Mən qərarımı verfim
Saş... Elə indi, bu dəqiqə səninlə müdafiə səddinə gedirəm... Qorxma. Neçə gün əvvəl
Uzyumu yatırdıb məktəbin idman meydançasındakı həvəskarlarla birlikdə silahdan
atəş açmağı öyrənmişəm. Avtomatı söküb-yığmağı, daraqları taxmağı, tək-tək atəş
açmağı, dalbadal atmağı bacarıram. Tapançanı ver, ver, qorxma. (Əl atıb
oğlanın belindən tapançanı çəkdi, sığınacaqdakı beton divarı nişan alıb
dalbadal atəş açdı. Bu vaxt zirzəmidəkilər təəccüblə əli tapançalı qadına baxsalar da, məsələni
anlayıb, səslərini çıxartmadılar.) Gördün? Bax, hətta buracan bilirəm...
Ora getsəm, südüm də kəsiləcək, bilirəm. Daha burada ah-fəqan eləməyin bir mənası
yox. Yaxşısı budur, gedim, qızımım intiqamını səninlə birlikdə alım...”
Sabir
əvvəl inanmadı. Zoyanın steresdən belə danışdığını düşündü. Amma onun sonda
tapançanı çəkib atəş açması, inandırdı ki, bu, ayıq başla verilmiş qərardır...
Zirzəmidən
çıxıb, telefon işığında binanın qarşısındakı balaca parka gəldilər. Buradakı
ağaclar, güllər də düşmən bombalarının atəşindən yanıb məhv olmuşdu. Yeganə
qızılgül kolunun dibində uyuyan qızlarının – Üzümün qəbirinin yanında
dayandılar. Əyilib əllərini nəm torpağa sürtdülər. Sonra o torpaqdan bir xışma
götürüb bayaq Zoyanın sinəsinə qoyduğu əskiyə bükdülər, oğlanın yanından asdığı
hərbçi çantasına qoyaraq çıxıb getdilər.
***
O
gündən sonra şəhərin əksər qadınları Zoyanın səsinə səs verib qadın taburuna
yazıldılar. Düşmənə ən ağır zərbə endirən kişilərin arxasında möhkəm dayanan bu
döyüşçülərdən indi dünyanın aparıcı qəzetləri yazır, televiziyaları reportaj
verirdi. Taburun adı isə “Üzüm” idi. Üzüm qadın batolyonu. Onların şüarı isə
beləydi: “Sevgi bütün müharibələri yenəcək! Slava Ukrainu!”
27.03.2022
-----------------------------------------------------------------------------------------------------------------------
*Azərbaycan Vətən Müharibəsi Qəhrəmanı
Noçuyev Surxay Əbdül oğlu, 9 noyabr 2020-ci il tarixdə, 44 günlük Vətən Müharibəsinin
bitməsinə bir gün qalmış qəhrəmancasına şəhid olmuşdur.
**Arasta – 44 günlük Vətən Müharibəsinin
yeganə qadın şəhidi Arəstə Baxışova.
Yorumlar
Yorum Gönder