Azad Qaradərəli ƏDƏBİYYAT FAHİŞƏLƏRİ esse
AZAD QARADƏRƏLİ
ƏDƏBİYYAT FAHİŞƏLƏRİ
(Uşaq
hekayəsinin böyüklər üçün yazıya çevrilməyi və fahişəliyin gizlin
otaqlardan parklara, bulvarlara daşınması haqqında ağılagəlməz esse)
İlin,
günün bu vaxtında iki gündür ki, yuxum pozulub, həyat ritmim, iş rejimim
alt-üst olub. Gizlində gedən oyunların, əsər alverlərinin, təqaüd dəllallarının
mövcudluğunu, təbii ki, hamı kimi mən də bilir, bunu hərdən yazılarımda
qırmanclayırdım. Lakin bu günlərdə bir kiçik ədəbiyyat adamının bir
“iribuynuzlu” ədəbiyyat direktoru ilə “mən yazmışam” davası ovqatımı təlx elədi.
Bu, bilirsiniz nəyə bənzəyir?! Məmurların saxladığı gizli fafişəxanalarda hər
gün onlarla kişi ilə yatan bir qəhbənin günün günorta çağı bir parkda, hamının
gözü qabağında müştərisi ilə yatmağına...
***
...Zülmətdi
ətraf. Göz-gözü görmür, səsdən qeyri heç nə duyulmurdu. Səs də nə səs?!
Qarşıdakı gölməçədən qurbağalar zülmətdən vəcdə gəlirmiş kimi ağız-ağıza verib
quruldaşırdılar.
Bir
ağacın gövdəsinə söykənərək başını qolunaun altına qoyub yatan aslan bu səslərdən
bezdi, ayağa qalxdı, zülmətdə heç nə görməsə də, fəhmlə gölməçənin qırağına gəldi,
bu qır-vırı kəsmək üçün pəncəsini kölməçəyə
çırpıb aslan dilində nərildədi.
Ətrafa
zülmətə yaraşan bir sakitlik çökdü. İsti havada buranın daha sərin və səssiz
olduğunu düşünən aslan yenə qollarını başının altına qoyub suyun qırağında
yatdı...
***
Mən
Cavidi oxudum zaman-zaman. Onun göylər övladı, “səma şairi” olduğunu bilibən xatirəsinə
“Əllidən bir kəm” adlı roman həsr etdim. Cavid əfəndi sizləri – mənəvi
“axsaqları” düşünərək yazmadımı:
Rəqsi
təlim ediyor axsaqlar,
Əzəmət
düşkünüdür alçaqlar.
Eyyyy,
sizlər! Əzəmət, vəzifə düşkünləri! Tutduğunuz o vəzifələr, yığdığınız o
paralar, qızıllar yetmədimi sizə, bizim ədəbiyyata da burnunuzu soxdunuz?! Siz
gözgörəti söz uğunda ölümə gedən, əyilməyi
deyil, qurşunu, sürgünü seçən Çəmənzəminli, Cavid, Müşfiq, Cavaddan heçmi
utanmadınız, heçmi basmadı Cavid əfəndinin xofu sizi?!
Yaxşı,
tutaq ki, bunlar tarixə dönmüşdü, unudulduğunu zənn etdiniz, bəs kor gözünüzlə
gördüyünü İsmayıl Şıxlı, Sabir Əhmədli? Onlardan da utanmadınızmı? On illərlə
kitabları qadağan olunsa da, bir kimsənin qarşısında əyilməyən, son mənzili
uzaq Bakı kəndlərinin məzarlığı olan o ustad yazıçının bu kəlmələri gözünüzə
girmədimi:”Sındırırdılar qapını. Basırlar, mən bu üzdən var gücümlə saxlamağa
çalışıram. Qapının bir taxtası qırılır, ordan, o yarıqdan onları görürəm.
Sir-sifətlərindən qatillik yağır.”
Bax,
o qatillər sizsiniz - ədəbiyyat qatilləri. Ədəbiyyatı sallaqxanaya, qəssab
kötüyünün qanlı ortamına çevirən dələduzlar. Pul müqabilində təkcə ədəbiyyatı
deyil, varlığınızı da satarsınız siz. Necə ki. satırsınız. Məlum qəzetin baş
redaktoru məndən yazı istəyəndə bax, bu lənətullahların yer aldığı o qəzetə bu
səbəbdən yazı verməmişdim... Məlum irliyin yönəticiləri məni ora dəvət edəndə
bax, o şarlatanlarn yer aldığı yığnağa o səbəbdən üzv olmamışdım...
Hələ
ustad İsmayıl Şıxlı nə demişdi:”Cılızlıq cəngavərliyə meydan oxumamalıdır.”
Oxudu,
ustad! Cılızlar başa çıxdılar! Hətta millət vəkili, zavod direktoru, nazir
oldular. Bu yetmədi, sizlərin – o müqəddəs söz uğrunda başından keçənlərin
meydanına – söz meydanına da iddia etdilər. Gör nə yazdılar?! Yazdırdılar,
ustad! Ənvər paşanın obrazına dil uzatdılar... Bakımızı rus-erməni
işğalçılarından təmizləyən o müqəddəslərin ruhunu təhqir etdilər. Ənvər paşanı,
Nuru paşanı, Qafaqz uğrunda canını fəda edən Mehmetciyi təhqir etdilər. Onların
ruhunu bazara çəkib alqı-satqıya yatırdılar. Bazarlıqları alınmayanda bir-birinə
diş qıcadılar. Açıq-açığına müqəddəs sənətə - yazıya və yazıçıya meydan
oxudular...
***
Bir
məsələdə rahatam: o mənəviyyat yoxsulları ilə bir gəmidə deyiləm. Onların
bulandırdıqları o sudan üstümə sıçramır. Yuyunduqları sudan içən, bir-birinin
üstünə qaytaran, qurbağalar kimi gölməçə aşiqi olan bu cılızlardan yüz
kilometrləcə məsafədəyəm, bəli. Amma Vətənim, yurdum olan ədəbiyyat onların
taptağında. Onların bu qırılası ayaqlarının, kəsiləsi əyri yazan əllərinin çəngindən
qurtarmağa gücüm yetmir o vətəni. İşğal elə işğaldır. Bunun nə ermənisi, nə
qeyrisi...
***
Uşaqlar
üçün yazmaq istədiyim, lakin uşaq mövzusundan kənara çıxan yuxarıdakı təmsilin
sonu (əslində “sonu” demək düz deyil, çünki yazı yarımçıq qalmışdı ) belə bitməliydi:
qurbağalar az sonra yenidən şövqlə quruldaşırlar. Səs aslanın başına düşür və
gölməçəyə hücum çəkib qurbağaları məhv etmək istəyir. Fəqət bu mümkünsüz.
Qurbağalarla aslanın döyüşünə hələ heç kim şahidlik etməyib. Bəs nə etsin? Bu
meşəni, bu kənarı sərin gölməçəni qurbağalara buraxıb getsinmi gedənlər kimi?
?......................................
02.06.2022
Yorumlar
Yorum Gönder