AZAD QARADƏRƏLİ YAFƏS TÜRKSƏSİN SƏSİ ("Məndən sonra" memuarından parça)
AZAD QARADƏRƏLİ
Yafəsi
ilk dəfə harada gördüyümü və necə tanış olduğumuzu xatırlaya bilmədim. Amma ilk
dəfə qabaq-qənşər əyləşib söhbətləşməyimiz, yemək yeyib, araq içdiyimiz gün
indiki kimi yadımdadır.
İsti vaxtlar idi. Ya bəlkə sentyabrın isti olan
günləri idi, dəqiq deyə bilməyəcəyəm – dəqiq olan o idi ki, qısaqol köynəkdəydik,
hətta Yafəs o məşhur zolaqlı köynəyində idi. Günorta yeməyinə Radionun
binasının yaxınlığındakı Botanika institutunun yeməkxanasına gedirdim. Əhməd
Oğuz uzaqdan əl elədi – təxminən belə başa düşdüm ki, deyir, get, biz də gəlirik.
Yanında Əhməddən bir az uzun birisi də vardı, çox aralı olduqlarından kimliyini
fəhm edə bilmədim. Uzaqdan Avdı Qoşqara oxşatdım, amma o deyilmiş...
Mən
yemək alıb, təzəcə əyləşmişdim ki, qoltuqlarında qəzetə bükülü içəri girdilər.
Baxdım ki, yanındakı uzun adam Yafəs imiş... Məşhur, dildə-dişdə olan Yafəs Türksəs.
Salam,
kalamdan sonra arağı ayaqlarının dibinə qoyub, yemək aldılar və Əhməd
yarızarafat, yarıgerçək “yemək sənlikdi” dei. Və arğı süzdülər.
Sağlıqsız-zadsız içdik. Yafəs stəkanı yerə qoymamış mənə sarı baxıb gülümsünən
təhər oldu:
-A bəy,
siz də qaşqınsıız?
-Hə, -
deyib Əhmədə göz vurdum. - Oxşamıram?
-Yox e
a qağa, belə sən... a Əhməd, dalısın sən de...
Əhməd
yenə mənə göz vurdu:
-Demək
istəyir ki, ciddi təhərsən...
Yafəs
uğunub getdi. Elə gülə-gülə dedi:
-Özünnən
söz qurama, ə! Nə ciddisi? Bizim kimi boynuu-zadıı bükmürsən? Maşallah olsun...
Daha
dalısını demədi.
Sonra
bildim ki, Əhməd Yafəsi verilişə çağırıbmış. (Amma gerçəkdən Yafəsin maraqlı səsi,
diksiyası vardı. Sadəcə, üstündə işlənmədiyindən efirdən kobud kimi görünə bilərdi.)
Sonra
araq bitdi və Yavəs dedi, siz oturun, mən indicə gəlirəm...
Mən
yeni arağı gözləmədən getdim. Yafəs hələ gəlib çıxmamışdı...
***
-Təbrik
eliyirəm, bəy! Azadlıq radiosunun mükafatın almısan... Haaaaa-ha... Qonaxlıx nə
vaxtdı?
-Kimdi
danışan?
-Boyyy,
ay qağa, a bəy, mənəm dayna, Yafəsdi... Qonaxlığı-zadı zarafat eliyirəm e...
Amma olsa da pis olmaz...
-Sağ
ol, Yafəs bəy. Təşəkkür edirəm...
Sonra
nələrsə danışdıq...
Səsi
gümrah idi.
***
Park-bulvarda,
Əli və Nino kitab mağazasında kitab təqdimatıdır. Mənim də kitablarım var: Qanunun
buraxdığı “Şəhərcik”, “Burda yer fırlanmırdı”, “Renessans həsrəti”nin ilk
cildi...
Aslan
Quliyev, Əlabbas və başqa dostlar da buradadır. Və qəfil Yafəslə qarşılaşıram.
“A bəy, gəl bir şəkil çəkdirək, dünya ölüm-itimdi” deyib uğunub gedir... Və o
biri dostları da şağırır. Kimsə şəklimizi çəkir. O şəkil həm də bu yazının
yazılmasına vəsilə oldu. Hər dəfə o şəkil qarşıma çıxanda Yafəsdən də nəsə yaz
deyirdi. Və o şəkil Yafəsin şeirlərini oxumağıma və memuar romandan parça olası
bu yazı barədə fikirlərimi qətiləşdirdi.
“Yalan
bir dünya yeriyirdi üstümə səshər-səhər” deyən Yafəsin içdiyi “çaydan da yalan
buğlanır”dı o şeirin birində. Başqa bir şeirdə şair bütün məşhur şairləri adı
ilə sadalayaraq “paltarlarını soyundurur”, sonra deyirdi:
Fitə
basacaq hamını
Məndən sonra doğulan şair!
Yafəsin
şeirlərində bir kədər var; qarnı açıq, ayaqyalın, ac, yalavac, ev-eşiksiz kədər,
“qaşqın” kədər. Müəlliminə yazdığı məktubda isə kədər daha kədərlidir:
Sən
yaxşı adam idin
Mütəllim
müəllim
Ancaq
tövsiyələrin həyatda
Yaramadı
mənə
Zəhmət
həmişə bəhər vemirmiş...
Bu
şeirlərdə Yafəsin səsi çox kədərli gəlirdi. Çox...
***
Yafəs
bir dəfə hansısa kitabımın təqdimatına da gəlmişdi. Oxuculara pulsuz payladığım
“Yazı”nın bir sayını əlinə alıb, maşallah, nə qalındı, ə, dedi və güldü: ”Bazarımızı
öldümə, a bəy, jurnalı niyə pulsuz verirsən?!” Və yenə uğunub getdi. Əlavə etdi
ki, zarafatdı bu... Sonra da dedi ki, mənim jurnalımla adaşdı: “Yazar”, “Yazı”.
Və yenə güldü.
Lap
son vaxtlar “Cəbrayıl əfsanəsi” romanımın təqdimatına gəlmişdi. Pandemiya hələ
tam çəkilməmişdi. Ağzımızda ağızlıa
vardı. Kitabları oxuculara hədiyyə etdiyimi görüb şəhidə ehtiram əlaməti olaraq
gülmədi, sadəcə “var ol” dedi. Sonra da qayıtdı ki, gəl bir xatirə şəkli çədirək...
***
Yafəs
Türksəsin xəstə olduğunu bilirdim. Elanı görmüş və mən də imzamı vermişdim ki,
yetkililər yardımda bulunsunlar... Elanı verən AYIB-çı adımı yazmamışdı
siyahıya. Amma bir gün sonra gördüm ki, Yafəs özü təşəkkür bildirib... O halda
insanın diqqətinə baxın...
...Və
o acı xəbər...
Heyf.
Çox heyf. Heç olmasa, adamın ölüsünü qaçqınlıqdan qurtarardılar... Aparıb kəndindəki
xaraba qəbiristanında dəfn edərdilər...
Ölümüzün
də urvatı yoxdu, qağa...
Ruhun
şad olsun...
Əhməd
də, sən də rahat yatın...
Görüşənədək...
S.A.(Söz
Ardı.)
Bu
yazı, təxminən, iki il əvvəlin yazısıdır. Hələ bitməmiş memuar romandan
götürdüm, bəzi yerlərinə əl gəzdirib, son abzası da əlavə edib, bloqa qoydum
ki, göynəyən yerim, bəlkə sakitləşə... Amma yurda həsrət gedənin göynəyi səngiməz
ki...
18.10.2022.
Yorumlar
Yorum Gönder