MƏHƏMMƏD BAHARLININ 75 İLLİK YUBİLEYİ QEYD EDİLƏCƏK

MƏHƏMMƏD BAHARLININ 75 İLLİK YUBİLEYİ QEYD EDİLƏCƏK İstedadlı jurnalist, gözəl qələm sahibi, bacarıqlı mətbuat xadimi Məhəmməd Baharlının 75 yaşı tamam olur. Jurnalist fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetində sıravi müxbir kimi başlayan mərhum M.Baharlı o zamanın məşhur nəşrləri olan “Azərbaycan məktəbi”, “Kənd həyatı”, “Gənclik”, “Molodost” dərgilərinin məsul katibi, “Təhsil” və “Azərbaycan müəllimi” qəzetlərinin baş redaktoru işləmişdir. Xüsusilə, “Azərbaycan müəllimi” qəzeti bu bacarıqlı jurnalistin peşəkarlığının və rəhbər işçi məharətinin üzə çıxmasında müstəsna rol oynamışdır. Həyatı təhsillə, pedoqoji mətbuatla sıx bağlı olan Məhəmməd müəllim 2002-ci ildən dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı o...