MƏHƏMMƏD BAHARLININ 75 İLLİK YUBİLEYİ QEYD EDİLƏCƏK
MƏHƏMMƏD BAHARLININ 75 İLLİK YUBİLEYİ QEYD EDİLƏCƏK
İstedadlı
jurnalist, gözəl qələm sahibi, bacarıqlı mətbuat xadimi Məhəmməd Baharlının 75 yaşı tamam olur. Jurnalist
fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetində
sıravi müxbir kimi başlayan mərhum M.Baharlı o zamanın məşhur nəşrləri olan “Azərbaycan
məktəbi”, “Kənd həyatı”, “Gənclik”, “Molodost” dərgilərinin məsul katibi, “Təhsil”
və “Azərbaycan müəllimi” qəzetlərinin baş redaktoru işləmişdir. Xüsusilə, “Azərbaycan
müəllimi” qəzeti bu bacarıqlı jurnalistin peşəkarlığının və rəhbər işçi məharətinin
üzə çıxmasında müstəsna rol oynamışdır.
Həyatı
təhsillə, pedoqoji mətbuatla sıx bağlı olan Məhəmməd müəllim 2002-ci ildən dünyasını dəyişənə qədər Təhsil
Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin
baş redaktoru vəzifəsində çalışmışdır.
Gözəl
jurnalist olmaqla bərabər, o həm də ədəbiyyat sahəsində də qələmini sınamış,
hekayələri, şeirləri və elmi-tarixi araşdırmaları ilə də tanınmışdır. Müəllifin
“Azərbaycan tarixi: Baharlılar” elmi araşdırması tariximizin çox mühüm dövrünə
həsr olunmuşdur.
Mart ayının 11-də, saat 12.00-da Mətbuat
şurasının binasında (Məmməd Araz küçəsi - 4) görkəmli jurnalist Məhəmməd Baharlının xatirə tədbiri keçiriləcək. Yubiley yığıncağında
Məhəmməd müəllimin qələm dostları, keçmiş
iş yoldaşları, Azərbaycan mətbuatının görkəmli simaları, yaxın dostları və
qohumları iştirak edəcək, bu işıqlı insanın nurlu xatirəsini yad edəcəklər.
Yorumlar
Yorum Gönder