AZAD QARADƏRƏLİ AZ GÖRDÜYÜM, ÇOX İSTƏDİYİM BƏDİRXAN ƏHMƏDLİ (Alim dostumun 70 illik yubileyinə kiçik bir dost öygüsü)
AZAD QARADƏRƏLİ
AZ GÖRDÜYÜM, ÇOX İSTƏDİYİM
BƏDİRXAN ƏHMƏDLİ
(Alim
dostumun 70 illik yubileyinə kiçik bir dost öygüsü)
Elm
adamları ilə, xüsusən ədəbiyyat, fəlsəfə və dilçiliklə məşqul olanlarla, istər-istəməz
yaxınlıq etmək, kəlmə kəsmək, uzun-uzadı mübahisə etmək, hətta məclis qurmaq
kimi məziyyətlərimiz olub. Onların bir çoxu ilə yazışmışıq (vaxtilə belə bir ədəbi
üsul vardı), bir çoxu ilə telefonla söhbətləşmişik, bir çoxu ilə üzbəüz
görüşmüşük, lab nadirləri də olub ki, bu uzun həyatımız boyu iki-üç dəfə
görüşmüşük.
Sizə
deyim ki, bu sonunculardan biri professor Bədirxan Əhmədlidir. Bədirxan bəylə
ilk görüşümüzü dumanlı da olsa xatırlayıram. 30 ilin o başında bir dərgi ətrafında
yığışmış, müstəqilliyimizin ilk illərinin sevincini, ağrı-acılarını götür-qoy
edir, yazıb-pozurduq. Belə görüşlərin birində Bədirxan bəy də iştirak edirdi. Yaddaşımda
sərrast danışan, yüz sözün birini seçib deyən, bir də diqqətcil adam kimi
qaldı. Ondan sonra bir əlin barmaqları qədər görüşdük. Zira ən çox görüşdüyümüz
məkan feysbuk deyilən meydan idi ki, bir-birimizdən xəbərsiz yazı-pozularımızı
oxuyurduq.
Son
görüşlərimizin birində dostumuz Lətif Şüküroğlunun da iştirakı ilə xeyli dərdləşdik.
Məlum oldu ki, professor qardaşımız nəinki mənim yazı-pozumdan xəbərdarmış, hətta
“Əllidən bir kəm”in qəhrəmanlarına qədər tanıyırmış...
Ən
maraqlısı isə o oldu ki, bir dissertantının mənim yaradıcılığımdan mövzu
götürdüyünü (yəqin ki, elmi rəhbərin təşviqi ilə olmuşdu), kitablarımı
axtardığını bildirdi.
Bu
dissertant söhbəti bir bəhanə oldu. O gündən sonra dəfələrlə telefonda
danışdıq. Lap sonda çapına başlanılan külliyyatımın 1-6-cı cildlərini iş yerinə
göndərdim...
Bədirxan
bəyin Azərbaycan satirasından elmi işlər yazması, bu yaxınlarda isə Azərbaycan ədəbiyyat
tarixinə aid üç cildlik kitabını nəşr etdirməsi mühüm hadisə sayılmalıdır. Ən
böyük uğuru isə çoxlu sayda gənc elm adamının yoluna işıq tutması, tədqiqatlarını
istiqamətləndirməsi olub.
Bu
günlərdə dostum professor Bədirxan Əhmədlinin 70 yaşı tamam olur. Əziz dostuma,
qardaşıma can sağlığı və daha böyük elmi uğurlar arzulayıram!
20.04.2025
Yorumlar
Yorum Gönder