AZAD QARADƏRƏLİ DÜRÜSTLÜK – o indi heç kimə lazım deyil? (esse-elegiya)
AZAD QARADƏRƏLİ
DÜRÜSTLÜK –
o indi heç kimə lazım deyil?
(esse-elegiya)
Tez-tez
eşidirəm: filan məsələ tarixə qovuşub – o indi heç kimə lazım deyil.
Hətta
bir gənc mənim “Kuma-Manıç çökəkliyi” romanımı oxuyub çatda yazmışdı: siz bu əsəri
bir sözlə necə ifadə edə bilərsini?
Fikirləşmədən
cavab verdim: DÜRÜSTLÜK...
O,
gülüş işarəsi qoyub çatdan ayrıldı...
Həmin
smaylik, yəni o gülüş işarəsi çox şey deyirdi.
Ən
ümdəsi isə bu idi: axı o indi heç kimə lazım deyil...
Bəs
dürüstlük özü nədir ki, belə tez tarixin arxivinə veriblər?
Dürüstlüyün
açması çoxdur. O sevgidən maya tutub, mərhəmətlə qidalanıb, ləyaqətlə
süslənib, həmrəyliklə çoxalıb, mərdliklə ad-san qazanıb, təmizliklə
arınıb, ölməzliklə tarixə düşüb...
Əlbəttə,
mən dürüstlüyün bəzi məziyyətlərini deyə bildim. Amma onun tam tərifi
indiyə qədər verilə bilməyib. Hətta mən deyərdim ki, bəzi filosoflar, estetlər,
yazıçılar buna cəhd etsələr belə, sonacan gedə bilməyiblər. Nədən? Ondan ki,
onların özləri də hansı əməllərinə görəsə dürüstlüyün yanında gözükölgəli idilər...
Çörək, iş, vəzifə çatı olub keçmişdi boğazlarına...
Dürüstlük,
bilirsinizmi haçan zədələndi? Siyasət meydana çıxandan. Dünyanın bu ən
idbar elmi dürüstlüyü yeyib bitirdi...
Dürüstlüyün
ikinci düşməni – siyasətdən də qəvisi maska idi. Bir zamanlar teatrda əyləncə
rolu oynayan maska teatrdan çıxıb şəhərlərə, kəndlərə ayaq açdı, hamı maskalandı.
Teatrla həyatın fərqi itdi. Kimin aktyor, kimin insan olduğu bilinmədi...
Elə
buna görə teatr da öz dövrünü bitirdi. Hamı maskada isə, hamı aktyordursa, hər
yer teatrdırsa, daha aktyora, teatra nə hacət?!
Və
dürüstlük qeyb oldu...
Və
insanlıq qeyb oldu...
Başımız
sağ olsun...
21.03.2025.
Yorumlar
Yorum Gönder