AZAD QARADƏRƏLİ ŞƏMŞAD AĞANIN BİR ŞEİRİ ÜZƏRİNƏ YAZILANLAR
ŞƏMŞAD AĞANIN BİR ŞEİRİ ÜZƏRİNƏ
YAZILANLAR
Ədəbiyyat
insanların ruh halının, daxili təbəddülatlarının və onun bilinməz duyğularının
üzə çıxmasından doğur. Qələm adamı evindəki, ailəsindəki, qonşusundakı, kənd-kəsəyindəki,
şəhərindəki doğma adamlardan çox, dünyanın o başında onu duyan, onun ruh halına
huş-kuşla qulaq verən, onun ağrılarına acıyan, onun sevgisinə uçunan tanımadığı, üzünü belə görmədiyi
birini könül dostu bilər, ona dərdini danışar, sevgisini bölüşər... Və nəticədə
yeni əsərlər, yeni ədəbi nümunələr yaranar...
Ədəbiyyatı
bəşəri edən də budur.
O,
sərhəd tanımaz, dövlət tanımaz, millət tanımaz, tayfa, qohum-qonşu bilməz. Ədəbiyyatın
öz sərhədləri, öz ölkəsi, öz paytaxtı, öz qayda-qanunları var. Füzulinin
“Padişahi-mülk...” qitəsindəki kimi...
Bu
günlərdə üzünü belə görmədiyim, yalnız internetdən tanıdığım qələm dostum, incə
qəlbli şair, gözəl jurnalist Şəmşəd Ağanı tez-tez xatırlayıram. Bəlkə, bu onun
həbsdə olması ilə bağlıdır, bilmirəm...
Və
bir də gördüm ki, Şəmşad bəyin tez-tez xatırladığım bir sevgi şeirini dilimin
altında vird edirəm. O qədər ki, axırda bu sətirlər yazıldı...
Yazıldı
ki, siz oxuculara da, bəlkə gərək oldu...
Beləcə,
Şəmşad Ağanın o şeiri...
Mavi gözlüm, nə donubsan heykəl kimi bu sahildə,
donuqluğun göy Xəzəri darıxdırır…
Heç olmasa bircə kəlmə danış dəli dalğalarla,
bu susqunluq dalğaları kükrəməkdən karıxdırır…
Xəzri qara tellərinlə öpüşdükcə, coşur dəniz,
qisas deyil, sevgidəndir sevənlərin küsüşməsi…
Təbiətin əsəridir bu gözəllik, bu işvə-naz:
dalğalarla sahillərin bir-birini qucaqlayıb sevişməsi…
Mavi gözlüm, fırtınadan öncə susub, donar dəniz,
dilə tutub yola salar dalğaları uzaqlara…
Ürəklənər qağayılar… qiyyə çəkib qanad çalar,
qanad çalıb tumar çəkər göy sulara…
Yaranışdan dəniz elə sevgi demək, bilirsənmi?
sev dənizi, sev dənizi ki, arzuna tez çatasan…
Belə sakit duruşundan bilirəm ki,
sən özün də dəniz boyda fırtınasan…
Belə qəmgin, belə ürkək, belə donuq baxışlardan,
bəzən özün gülümsəyib diksinirsən uşaq kimi.
Söylə hansı rüzgar çəkib atdı səni bu sahilə,
kükrə, danış, bir az da əs rüzgar kimi…
Yorumlar
Yorum Gönder