AZAD QARADƏRƏLİ ONUN BƏXTİYARLIĞI ( Bəxtiyar Vahabzadənin 100 yaşına)
AZAD
QARADƏRƏLİ
ONUN
BƏXTİYARLIĞI
( Bəxtiyar Vahabzadənin 100
yaşına)
Bəxtiyar
Bahabzadə ilə ilk təmasım, 7-ci sinifdə oxuyadnda oldu. Oxuduğum Ördəkli
8-illik məktəbindən Zəngilan rayon məktəblilərinin əlaçılar konfransına dəvət
olunmuşdum. Uzun sürən iclas oldu və sonda maarif şöbəsinin müdiri Alməmməd Kərimov
əlaçılara kitab bağışladı. Mənə də Bəxtiyar Vahabzadənin “Etiraf. Şəbi-hicran”
kitabını yazıb möhürləyərək hədiyyə etdilər. Bu, bir gənc məktəbli kimi həm də
mənim ilk imzalı kitabım idi. Fəqət onu Bəxtiyar Vahabzadə imzalamamışdı...
Bir
neçə ay o kitabla yatıb-qalxdım. Fəqət nə etiraf kəlməsini başa düşdüm (bu söz
bizim kənd-kəsəyin leksikonunda yox idi, heç müəllimlərdən də eşitməmişdim), nə
də bu qəlizdən-qəliz şəbi-hicran sözünü...
Belə
sözləri müəllimlərdən soruşmaq da bir xata idi. “Dərsi pozursan”, “tərbiyəsizin
yekəsisən”, “müəllimlərə dil uzadırsan” və həkaza... kimi sözlərlə adamı borclu
çıxardırdılar...
Mincivan
qəsəbəsində 9-10-cu siniflərdə oxuyanda Bəxtiyar Vahabzadəni nəinki tanıdım, hətta
mənə hədiyyə olunan o ilk kitabı da, qismən də olsa, oxuyub başa düşdüm...
Amma Bəxtiyar
müəllimlə daha böyük “tanışlıq” Bakıda oldu. Ali məktəbdən kəsilib zavodda fəhlə
işləyəndə bir gənc mənə Bəxtiyar Vahabzadənin
“Gülüstan” poemasının əlyazmasını oxuyub qaytarmaq şərti ilə verdi (makina nüsxələri
şəklində) və adını belə unutduğum o oğlanla görüşümüz, heyif ki, uzun sürmədi.
(Əcəba, adı Əmrahmı idi?! Əgər bu yazını oxusa, sağ-salamatdırsa, xahiş edirəm,
səsimə səs versin.) Cəmi 3-4 dəfə görüşdüyümüz o oğlan zavodun yataqxanasına gəldiyi
kimi də bir gün yoxa çıxdı. Soraqlasam da, gördüm deyən olmadı... (Sonradan biləcəm
ki, şəhərdə belə müəmmalı hadisələr mənim kimi adamların başına çox gəlib...)
Ağlım tam dolmasa da, o makina vərəqlərində yazılanlar toxundu mənə.
“Azərbaycanı parçalayan Gülüstan müqaviləsinə qol çəkən adam nəyə qol çəkdiyini
bildimi görəsən?” düşüncəsinə dalarkən şair bunu bizə belə anladırdı:
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
Ali
məktəbdə oxuyanda o əlyazması haqqında müəllimim
(onad laborant idi, sonralar professor oldu) Ramin Əhmədova danışdım. Ramin müəllim
əvvəlcə bu söhbətdən narahat olsa da, az sonra bu mövzu bizi yaxınlaşdırdı, hətta
dost olduq. Və bəzi mətləbləri Ramin müəllimin sayəsində daha dərindən öyrəndim...
Sonra
şairin çap olunan kitablarını aldım, teatrlarda tamaşaya qoyulan pyeslərinə
baxdım...
Ağdaşda
tələbə vaxtı pambıq yığanda necə oldusa, dostlarla Şamaxıya gəlib çıxdıq və
burada Bənövşə adlı restoranda Bəxtiyar Vahabzadəni gördük! “Gülüstan”ı yazan
kişini canlı görməkdən gözəl nə ola bilərdi?!
Yaxınlaşıb
şəkil çəkdirdik.
Heyf,
o şəkil də digərləri kimi Zəngilanda işğal vaxtı it-bata düşdü. Dostlara salıq
saldırmışam, bəlkə tapıldı...
...20
Yanvar “bizi daha da yaxınlaşdırdı.” O gecənin səhəri Bəxtiyar müəllimin
odlu-alovlu çıxışı, “Şəhidlər” şeiri, rus generalının üzünə tüpürməsi...
...Rayonda
müəllim işləyəndə Bakıya gəlmişdim tətil vaxtı. Xəlil Rzanən vəfat xəbərini
eşitdim və Filarmoniyada baş tutan cənazə töəninə mən qatıldım. Bəxtiyar müəllimin
“Azərbaycan” dərgisində od saçan şeirləri dərc olunmuşdu. Şeirlərdən biri ana
dilimizin Azərbaycan dili adlandırılmasına və bunu indi də müdafiə edənlərə
qarşı ittihamlarla dolu idi...
Foyedə
Bəxtiyar müəllimin çox xəstəhal görkəmdə tək dayandığını görüb pərişan oldum. Sanki o şeirlərə
görə şairin yanında dumağa qorxurdu admlar...
...Nəhayət, Bəxtiyar müəllimlə ilk
canlı ünsiyyətim 90-ların sonunda baş tutdu. Qaçaq Fərzalının nəvəsi Bolu kişi
oğlu ilə 8-ci kilometr bazarında alver edən zaman polis zorakılığına məruz
qalmış, hirslənərək polislərin birinin əlindən rezin dəyənəyi alıb beş-altı
polisi şil-küt etmişdi. Və kişini tutmuşdular...
Çox qapılar döyəndən sonra iş
yoldaşım Qaçay Köçərlidən Bəxtiyar müəllimin telefonunu alıb zəng vurdum, məsələni
danışdım, kömək etməsini xahiş etdim. Telefonda “gözlə” deyib, harasa zəng etdi
və mən onun həyəcanlı səsini eşitdim:”Ə, a bala, bir qaçağın nəvəsini tutublar,
beş-altı polisi öz dubinkaları ilə döyüb e! Ay oğul, belə qəhrəman kişini darda
qoymaq olmaz! Əlindən gələni elə, içəridə qalmasın! Həm də qaçqındı, yurd itirib”...
Sonradn biləcəm ki, respublika prokurorluğunda
çalışan oğlu ilə danışırmış...
...Bəxtiyar
müəllimin vəfatından az əvvəl çəkilmiş videosunu görmüşdüm. Səsi titrəyir, gözlərinin
bulağı yaşla dolu idi. Zamanının dolduğunu hiss etmişdi, deyəsən...
Şairi
belə görüb mən də kədərləndim...
...Türkiyədə
olanda Bəxtiyar Vahabzadəyə olan sevgini görüb məmnun oldum...
S.A.
(Söz Ardı)
Deyim
ki, Bəxtiyar Vahabzadə poeziyasının aşırı vurğnlarından deyiləm. Şairi şairdən
çox bir vətəndaş, bir əsgər kimi bilmişəm həmişə. Xüsusilə, şeirlərindəki bədii
kəşflərin azlığı, aşırı pafos bu poeziyaya olan marağımı zaman-zaman azaldıb.
Şairin
ad və titullara sevgisi, deputat olmaq istəyi, şöhrətə vurğunluğu, digər əli
uzun yazıçı-şairlərimiz kimi bir oğlunu səfir, bir oğlunu prokuror qoydurması
da ona olan istəyimə xələl gətirib. “Bəxtiyarın oğlu da səfir olmayıb kiminki
olacaq ki?!” fəlsəfəsini isə heç vaxt qəbul etməmişəm...
...Bütün
bunlarla yanaşı 100 yaşlı Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatında və ədəbiyyat
tarixində bir era idi.
100
yaşın qutlu olsun, şair!
28.05.2026.


Yorumlar
Yorum Gönder