AZAD QARADƏRƏLİ TALIBIN TALİBLİYİ (50 illik tələbə yoldaşımın doğum gününə hətərən-pətərən bir yazı)
AZAD QARADƏRƏLİ
TALIBIN TALİBLİYİ
(50
illik tələbə yoldaşımın doğum gününə hətərən-pətərən bir yazı)
Keçmiş Lenin adına APİ-də
oxuduğumuz zaman qrupumuzun ən dilli-başlısı, dili ilə ilanı yuvasından
çıxardanı, heç şübhəsiz, TALIB idi. Bu Qərbi Azərbaycandan olan qıvrımsaç
oğlanı buraxaydın, bütün günü deyib-güləydi. Kitab-dəftərə sən deyən bağlılığı
olmasa da, başını dolandıra bilirdi. Hansısa içindəki gizli güc onu
imtahanlardan qurtarırdı. Bilmədiyi şey haqqında da elə mühakimə yürüdərdi ki,
deyərdin, əhsən! Adam qrupdakı uşaların hamısı ilə dil tapan, hətta yuxarı
kursdakı uşaqlarla da dostluq edən idi. Qızlar da onu çox istəyərdilər. Az bilən,
amma bildiyini saz bilən adamlardan idi. Nəbi ilə, Gəncəvi ilə, rəhmətlik
Sabirlə arası yaxşı idi. Bu oğlan hamı ilə dil tapmağı bacarırdı.
İllər
sonra qızlarımdan hansısa həmin APİ-yə daxil olmuşdu. Sənədlərini hazırlayıb
apardıq ki, təhvil verək, sentyabrın biri dərsə getsin. Bir də gördüm, Talıb!
“Əyə, burada nə qayırırsan?!” “Bəs qızım instituta girib, gəlmişəm...”
Sonralar
İmişliyə - Nəbigilin balıq vətəgəsində görüşə gedəndə yenə görüşdük. Və bir də
rəhmətlik anasının hüzür yerində... Sonra Eyvazın yasında... Eh! Bu yaslar da
çoxaldı yaman!..
...Və
mənim 70 illik yubileyimdə Talıb və digər tələbə dostların fantastik iştirakı!
...TALIB
haqqında ürəyimdə bir qatar söz var ki, burda yazmasam, məni daim incidəcək...
Uzaqbaşı,
Talıb onun kəndlərinə dair sirrini faş eləməyimə görə məndən inciyəcək, qoy
incisin...
Zülfüyev
Talıb, “yeraz Talıb”, keçən bu 50 ilə yaxın müdət xasiyyətindən bircə mu da dəyişməyən
Talıb və əvəzində arıq, caydaq oğlandan kökəlib əndazanı aşan Talıb...
Talıbın
söhbətlərindən yadımda qalanlar...
“...9-cu
sinifdə oxuyuram. Həmyerlimiz Əli Vəliyevin 70 illiyi Sisyan rayonunun
(Qarakilisə rayonu) doğma Ağüdi kəndində keçirilir. Əla tədbir oldu. 800 evli
Ağüdi camaatı öz məşhur həmyerlisinin şad gününə yığışmışdı. Süleyman Rüstəm, Məmməd
Rahim, Süleyman Rəhimov və başqa məşhurlar çıxış etdilər. Sonra qonaqlar gecəni
evlərdə qaldılar. Məmməd Rahim kəndimizin ən qədim tayfalarından olan
İsmayıluşağının evində qalır. (Bu tayfanın adamları kənddə oğru kimi ad
çıxarıbmışlar.) Və səhər oyananda görür ki, əl çantası yoxdur. Yuyunmağa gedə
bilmir və səhər-səhər belə bir şeir yazır:
Gözəldir
yaylaqları,
Sərindir
bulaqları,
Oğurluqdan
əl çəksin,
İsmayıl
uşaqları...
Talıba
söz vermişdim ki, bu əhvalatı yazmayacağam, amma biz yazıçılar hər zaman
verdiyimiz sözə əməl edənik, təkcə yazmağı bizə heç kim qadağan edə bilməz... O
qədər...
...Eyvaz
rəhmətə gedib. Nəbi ürəyindən, Ələmdar öd kisəsindən əməliyyat olunublar, Gəncəvi
də insult keçirib... Xalidəni, Nəhayəti itirmişik. Sabir Vətən uğrunda şəhid
olub...
...
Biz də ki... Qocalırıq... Amma bu elə-belə qocalıq deyil. Qocalığın gəncliyidir...
Hə,
hə! Füzuliyə, gərək ki, adı Kərimbəyli olan kəndə adaşım və tələbə dostumuz
Azadın – Əsədov Azadın kəndinə gəzməyə və
qocafəndi yeyib-içməyə gedirik...
...Talıb
deyir ki, səninki araq içmək deyil ki, arağı zay eləməkdi... Harda görünüb ki,
arağı kolaya qatıb içəsən?!.
Mən
də gülüb deyirəm:”Bu, hər adamın ağlına gəlməz ki?! Əsas odur...”
(Xeyli
sonralar “Məhəmməd Füzulinin Qarabağ səfəri” adlı hekayə yazacam və hekayəni
adaşım Azada həsr edəcəm. İş orasındadır ki, hekayədə cərəyan edən hadisələr
Azadın evində baş verir...)
...Bu
gün tələbə yoldaşımızın (keçmiş yazmağa əlim gəlmədi) doğum günüdür. Həmən
Talıbdır. Talıb olan, talib olan, tələb edən, tələbə olan... Bir də ki... Vallah
yazacam bunu da! İtoynadan, deyib-gülən. Bir az çox kökəlib, canı sağ olsun. O “çox”dan
ömür payına da əlavə olunsun. 90 il! Bəsidi...
(A.Qaradərəli
“Məndən sonra” memuar romandan parça)






Yorumlar
Yorum Gönder