AZAD QARADƏRƏLİ AĞAYANA ADAMIN YETMİŞİ (Şair dostum Ağacəfər Həsənlinin yubileyinə dost sözü)
AZAD QARADƏRƏLİ AĞAYANA ADAMIN YETMİŞİ (Şair dostum Ağacəfər Həsənlinin yubileyinə dost sözü) Bilənlər bilir ki, hər adamla bağrım badaş olmaz. Onu da bilirlər ki, boğazdan yuxarı tərif-filan da mənlik deyil. Bir adam haqqında xoş söz demişəmsə, onda özümdən nəsə tapmışam. İllah da o adam söz adamı ola... Ağacəfər Həsənlidən danışacaqdım axı... Adamın adı ki, özünə yaraşmadı, apar qaytar. Vallah, billah, Dədə Qorqud kişi adammış, sadəcə biz ona sonacan nəvəlik eləmədik. Gərək adımızı heç olmasa, otuzdan sonra qoyaydılar... Tək-tək adamlar gördüm ki, adı özünə yaraşır, özü də adına. Şair dostum Ağacəfər Həsənli bu dünyada ağayana yaşayanlardandır. Elə özü kimi sözü də heç o mərtəbədən düşmədi. Bax belə: İstidən pörtmüş səhra dəyişmir narın qumunu, çöllərin xam torp