VƏFA NAĞI NƏ İSTƏYİR?

                            AZAD QARADƏRƏLİ

 

                         VƏFA NAĞI NƏ İSTƏYİR?

 

                                   Ədəbi replika             

 



            Vəfa Nağını  siz tanıyırsınızmı?

             Mən də təzə tanımışam. Əslində, onu tanımaqda gecikmişəm. Yəni, gərək Vəfanın prototipi olası gənc qadını mən yazılarımda təxəyyül məhsulu kimi yaradanda düşünəydim ki,  əsl Vəfa meydana çıxa bilər  - onda mən çətinlik çəkmədən həyatdakı Vəfa ilə təxəyyülümdəkini birləşdirib  yeni bir bədii obraz  ortaya qoyaydım. Təəssüf ki, mənim təxəyyülümdəki Vəfalar Vəfa Nağının kölgəsində qaldılar və mən anladım ki, hekayə və romanlarımın qəhrəmanları olası qadın obrazlarında dəyişiklik etməliyəm.

             Bəli, Vəfa bir əyalətə - Neftçalanın Xolqaraqaşlı kəndinə İstanbulda təhsil aldığı yerdən bir işıq gətirmişdi. O, kənddə ilk dəfə qadınlarçün iş yerləri yaratmışdı.

            Sonra Vəfa seçkilərə qatıldı və bir feodal-patriarxal kəndində seçki saxtakarlarını yenməyi  bacardı!

            Xolqaraqaşlının bələdiyyə üzvü olmaqla məsələ bitmir axı. Vəfa sədrdən maliyyə hesabatı istəyəndə xiyar əyri bitdi. O kəndin bələdiyyə sədrinin adı tarix kitabının heç bir yerində müsbət adam kimi qalmayacaq bu heç, amma  sədr heç olmasa pis adam kimi tarixdə qalmağa üstünlük verdi. Və  ən alçaq üsula  əl atdı: Vəfanın çimərlik geyimindəki şəkillərini kəndin küçələrinə vurdurmağa başıadı!..

(Bu hal cinayət məcəlləsində qanun pozuntusu kimi təsbit olunub məncə! Daha yaxşısın hüquqşünaslar bilər)

            Bu gün Vəfa buna etiraz əlaməti olaraq Bakıda tək canı ilə aksiya keçirdi və saxlanıldı...

            Vəfa nə istəyir axı?

            Əgər ölkəmizdə həqiqətən islahat keçirmək istəyirlərsə, Vəfa islahat istəyir. Yəni, o bələdiyyə sədrinin əməlləri yoxlanılmalı və lazım gələrsə, maliyyə hesabatı tələb olunmalıdır. Və çox güman ki, bu, başqa məmurlar kimi onun da həbsi ilə nəticələnəcək.

            Belə. Vəfa çox şey istəmir ki... Vəfa əhdə vəfa istəyir. Vəfa sədaqət, düzlük və haqq istəyir. Siz haqqı son dəfə harda görmüsünüz? Bax, görəndə deyin ki, Vəfa onu görmək istəyir...

            Biz qələm adamları Vəfaya dəstək olmalıyıq.

            Vəfa indi sadəcə dəstək istəyir...

 

                                                                                                                      19.06.2020



Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə