EIDAR BAXIŞ - 75
ELDAR BAXIŞIN 75 İLLİYİNƏ
HƏSR OLUNMUŞ TƏDBİR
VƏ “VƏTƏN
ŞAİRİ” KİTABININ TƏQDİMATI OLACAQ
Sentyabrın
17-də dünyadan vaxtsız köçmüş görkəmli şair Eldar Baxışın anadan olmasının 75
illyi qeyd olunacaq. Tədbirin 1-ci hissəsində şairin dostları, ailə üzvləri
onun Xırdalandakı məzarını ziyarət edəcəklər.
Saat
15-də tədbirin əsas hissəsi başlayacaq. Şairin qələm yoldaşları, əsərlərinin pərəstişkarları
olan oxucular və ailə üzvləri Eldar Baxışın yaradıcılığından danışacaq, xatirələrini
bölüşəcəklər.
Tədbirin
bavamı kimi yazıçı Azad Qaradərəlinin yenicə çapdan çıxmış “Vətən şairi”
kitabının təqdimatı və imza günü də baş tutacaq. Qeyd edək ki, kitabda A.Qaradərəlinin dostu
haqqında zaman-zaman yzadığı esselər,
xatirə yazıları, “E.Baxışa məktub”, habelə ilk dəfə çap olunan geniş həcmli
“Qarsiya Lorka və Eldar Baxış”, “Sabir Əhmədli və Eldar Baxış”, “Vətən şairi” məqalələri
yer alıb.
Kitabda
yazıçının öz arxivindən götürüb nəşr etdiyi bir sıra yazılar da maraq doğuracaq.
Eyni
zamanda, A.Qaradərəlinin dostuna həsr etdiyi bədii yazılardan parçaları da yeni
nəşrdən oxumaq mümkündür. (İlk növbədə oxuculara yaxşı tanış olan “Yuxarıda kim
var?” uzun hekayəsini və başqa yazıları qeyd etmək olar.)
Kitabın
elmi redaktoru İstanbul Aydın universitetinin professoru Kamil Vəli Nərimanoğlu,
redaktoru xanım şair Günel Rəcəbdir.
Tədbir
17 sentyabr, saat 15-də Səməd Vurğunun ev muzeyində (Səbayel rayonu, Tərlan
Əliyarbəyov – 6, Sahil metrosundan bir qədər aralıda) keçiriləcək.
Tədbirə
giriş sərbəstdir. Maraqlananlar təşkilat komitəsi ilə əlaqə saxlaya bilərlər.
Telefonlar: 0503737121 və 0557173403.

Yorumlar
Yorum Gönder