AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 7-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 7-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Yazıçı Azad Qaradərəlinin əsərlərinin 7-ci cildi çapdan çıxmışdır.
Bu
cildə müəllifin “Əllidən bir kəm” romanı,
bəzi hekayələri və bir uzun hekayəsi daxil edilib. Romanın süjeti, təxminən üç saat ərzində baş verən
hadisədən alınıb. Əyalət şəhərindəki institut filialında dövlət imtahanı götürməyə gəlmiş İmir Çingiz adlı
ali məktəb müəllimi bir diplomat pulla geri qayıdır və bu zaman arxadan onun maşınını başqa bir maşınla təqib edirlər.
Təqibdən xilas olmaq üçün üç saatlıq
yolu qorxu içində sürətlə maşın sürən İmir müəllimin bütün ömrü gözünün
önündən gəlib keçir – süjet içərisində süjetlər meydana gəlir. İntihar etmiş
alim Məsud Əlioğlu, sürgündə məhv edilmiş Hüseyn Cavid, ona doğru yol göstərən
İsmayıl Şıxlı, namuslarına təcavüz etdiyi tələbə qızlar...
Oxucu elmi-bədii, fəlsəfi-detektiv
notlarla zəngin olan romanda indiyəcən bilmədiyi
bir çox həqiqətlərlə üz-üzə qalacaq. Həqiqət həmişə sirli və bir az da qorxulu
olub. Amma o əsl sirdirsə, haçansa çözülməliydi.
Roman
ilk dəfə “Yazı” dərgisində hissə-hissə çap olunub, sonradan ayrıca kitab şəklində
Alatoran yayınlarında işıq üzü görüb.
Uzun hekayə Sovet-əfqan savaşına həsr
edilibsə, hekayələrdə müasirlərimiz olan insanların obrazları önə çəkilib.
Qanun nəşriyyatında işıq üzü görən kitabın redaktorları Sevinc Elsevər,
Mübariz Örən, rəssamı Sürəyya Muğanlı, tərtibçiləri
Türkan Azadqızıdır.
Kitabı
bayramdan sonra M.F.Axundov adına Milli Kitabxanadan, Akademiyanın kitabxanasından,
ADPU-nun (əski APİ), BDU-nun, BSU-nun, ADU-nun, Zəngilan, Şuşa rayonlarının
kitabxanalarından əldə edib oxumaq olar.
Təxminən, 20
cild olacaq bu layihənin 10-cu cildinin nəşri zamanı yazıçı oxucularla görüş,
yaxud simvolik satış keçirməyi də nəzərdə tutur.
Yorumlar
Yorum Gönder