AZAD QARADƏRƏLİ AZ GÖRDÜYÜM, ÇOX İSTƏDİYİM BƏDİRXAN ƏHMƏDLİ (Alim dostumun 70 illik yubileyinə kiçik bir dost öygüsü)

AZAD QARADƏRƏLİ AZ GÖRDÜYÜM, ÇOX İSTƏDİYİM BƏDİRXAN ƏHMƏDLİ (Alim dostumun 70 illik yubileyinə kiçik bir dost öygüsü) Elm adamları ilə, xüsusən ədəbiyyat, fəlsəfə və dilçiliklə məşqul olanlarla, istər-istəməz yaxınlıq etmək, kəlmə kəsmək, uzun-uzadı mübahisə etmək, hətta məclis qurmaq kimi məziyyətlərimiz olub. Onların bir çoxu ilə yazışmışıq (vaxtilə belə bir ədəbi üsul vardı), bir çoxu ilə telefonla söhbətləşmişik, bir çoxu ilə üzbəüz görüşmüşük, lab nadirlər...