AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 8-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR

 

        AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 8-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR

 


         Yazıçı Azad Qaradərəlinin əsərlərinin 8-ci cildi çapdan çıxmışdır.

         Bu cildə müəllifin yaradıcılığının ikinci dövründə - 2005-2015-ci ildə qələmə aldığı hekayələr toplanıb. Bu hekayələrdə ictimai ədələtsizlik, cəmiyyətdəki qütbləşmə (“Alışqan”, “Bir vərəq ağ kağız”, “Meyit namazı”, “Heykəlin açılışı”, “Brend” və sair) və onlardan doğan kataklizmlərin insan həyatına vurduğu zərbələr tünd boyalarla göstərilir.  Bütün zamanların əzəli və əbədi mövzusu olan sevgi də hekayələrin bir qisminin özəyini təşkil edir. Fəqət, bu, sevgidən çox dərddir, kədərdir, amma o dərdin və kədərin özü də bəzən adamı yaşadır – bu qism hekayələrdən doğan nəticə belədir. (“Eteri -2”, “Uçuş”, “Yuvasızlar”, “Tanış olmayan yazı”, “Ərizə” və s.) Bir də nastoljidən doğan mövzulardan yaranan hekayələr. Onların da yeri bir hekayədə deyildiyi kimi: “köhnə yanıq yeri təki ala-buladır”. Amma sevgi hekayələrindəki kimi, o yanıq yerləri də pozulmur – qəbir evinəcən qalır. (“Üçəmlər”, “Baharı görsəniz”, “Körpünün altındakı iş yeri”, “Kəshakəs”, “Kərimin itini öldürdülər” və s.)

             "Yazıçı gözü, yazıçı sözü" rubrikasında isə müəllifin "Azərbaycan türk dilinin zənginləşməsi yolları" adlı məruzəsinin (Sosial Tədqiqatlar Mərkəzi, İkinci Türkçülük Çalışmaları) mətni verilmişdir.

            Qanun nəşriyyatında işıq üzü görən kitabın redaktorları Nemət Mətin, Günel Rəcəb, tərtibçisi Türkan Azadqızıdır.

            Kitabı mayın sonları, iyunun əvvəllərində M.F.Axundov adına Milli Kitabxanadan, AMEA Mərkəzi Elmi Kitabxanasından, ADPU-nun (əski APİ), BDU-nun, Zəngilan, Şuşa rayonlarının kitabxanalarından əldə edib oxumaq olar.

           

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)