AZAD QARADƏRƏLİ FƏRHAD YALQUZAĞIN GEDİŞİ
AZAD QARADƏRƏLİ
Səhv etməsəm, onu mənimlə Rasim Qaraca tanış etmişdi. Abstrakt rəsmləri vardı və elə o səpkidə də şeirlər, hekayələr yazırdı. Sonra Fərhadla daha bir neçə dəfə görüşdük. Sonuncu dəfə görüşəndə xahiş etdi ki, romanı var və "Yazı"da verək...
Verdik romanı. Elə rəsmlərini də verdik. Bir dəfə də Rasim, mən və Fərhad köhnə Beşmərtəbə tərəfdə bir məclis qurduq...
Maraqlı adam idi. Aylarla hansısa meşələrə tənha çəkilir, orada yaşayır, rəsmlər çəkir, hətta roman yazırdı...
Azərbaycandakı bütün maraqlı adamlar kimi içindəkiləri tam boşalda bilmədi kətana, kağızlara...
Axırda da belə. (Əlim gəlmir yazmağa...) Deyilənə görə, özünə əl qaldırıb... Mənim yaşadığım neçəncidi bu məşum intihar? Məsud Əlioğlu, Tofiq Qəhrəmanov, Mövlud Mövlud və Fərhad Yalquzaq...
Fərhadın gözlüyünün altından baxan məsum uşaq gözləri vardı. Mən rəssam olsaydım, o gözləri çəkərdim. Bir az inamsız, bir az ümidsiz, bir az kövrək, bir az da dalğın...
Eheyyyy! -iyyət şəkilçisini mədən sözündən alıb, gödən sözünə calayan yetkililər! Əlinizə xına qoyun! Bir istedadlı adam da üzünü çevirib getdi... Qanını tökdü...nüz...
18.06.2025
Yorumlar
Yorum Gönder