AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 9-CU CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 9-CU CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Yazıçı Azad Qaradərəlinin əsərlərinin 9-cu cildi çapdan çıxmışdır.
Bu
cildə müəllifin “Morq çiçəkləri”, “Dünyanın ən böyük adamı” romanları daxil
edilmişdir. “Morq çiçəkləri”ndə ziddiyyətlərlə dolu müstəqil Azırbaycan cəmiyyətindəki
başıpozuqluqlar, dərəbəylik və haqsızlıqlar ön plana çəkilmiş, keçid dövrünün
keçib getmək istəməyən zillətlərindən bəhs olunmuşdur.
2017-18-ci illərdə qələmə alınan romanın birinci nəşrinin titul səhifəsində
yazılır: “Əsərdə ölü bir cəmiyyətin ölüb getmiş, ruhları küçələrdə dolaşan
insanlarından və xəstəxananın morq binasında yaşamağa məhkum edilən, ölümünü gözləyən diri ölülərin – məcburi
köçkünlərin ağır və acınacaqlı həyatından bəhs edilir. Həqiqətlə mistikanın
qarışdığı əsərdə nəyin həqiqi, nəyin xəyali olduğunu bəzən ayırd etmək olmur.
Axırda Morq məhəlləsinin dəlisi morqu yandırır. Ən dəhşətlisi isə odur ki, romanda
insanların bir çoxu öləndən sonra itə
çevrilirlər. Yurd-yuvasız küçə itlərinə… Bu, bir yazıçı mesajıdır əslində -
yurd-yuvasız insan insanlıqdan çıxır,
cisminin də, ruhunun da məkanı olan yurd
həsrətiylə dolaşır diyarbadiyar…”
İkinci
romanda isə yazıçı anasının obrazının fonunda atasının, nənəsinin, babasının,
müəllimlərinin, övladlarının və mövzu ilə əlaqəsi olan başqalarının da surətini
ümumiləşdirmişdir. Romanda qabarıq verilən daha bir obraz da var – mühit. Digər
obrazlar onun içindən keçərək yenilənirlər. Müəllif əsərdə ailələrinin başına gələn
qaçqınlıq-köçkünlük faciəsinin vurduğu zədələri və buna qarşı dirənişi,
işğalçılara nifrət hissini də oxucusuna aşılamağa çalışıb.
Hər
iki roman ilk dəfə “Mücrü” nəşriyyatında ayrıca kitab şəklində çap olunub.
Qanun
nəşriyyatında işıq üzü görən yeni cildin redaktorları Lətif Şüküroğlu və mərhum
Fərzuq Seyidbəyli, tərtibçisi Türkan Azadqızıdır.
Kitabı
yaxın günlərdə M.F.Axundov adına Milli Kitabxanadan, Akademiyanın
kitabxanasından, ADPU-nun (əski APİ), Zəngilan, Şuşa rayonlarının
kitabxanalarından əldə edib oxumaq olar.
Yorumlar
Yorum Gönder