AZAD QARADƏRƏLİ CƏLAL SƏRDAROĞLUNUN DƏLİXANAYA DÜŞMƏKLİYİ (qırmızı yumorlu hekayə)
CƏLAL SƏRDAROĞLUNUN DƏLİXANAYA DÜŞMƏKLİYİ
Dünən
bəzi qələmdaşlarımla çayxanadaydıq. Çayxana ki var, ədəbi mühitin qaynağıdı.
Düzdü, ondan qabaq meyxanə gəlir, yəni indiki dilnən desək, kafe. Ora, artıq ədəbi
mühitin qaymağıdır...
Hə,
biz qaynaqdaydıq – çayxanada. Pul-para tapan kimi biz də qaymaq iyinə, yox e,
araq iyinə qaçırıq meyxanəyə - kafeyə...
Hə.
Çayçıdakı dostların biri dedi ki, partiya sədri, siyasət adamı Sərdar, yox e Cəlal
Sərdaroğlunu... bəlkə səhv deim adını? Nə bilim e, Sərdar Cəlaloğluyudumu, ya Cəlal
Sərdaroğlumu, bax, onu tutub salıblar Maştağadakı dəlixanaya...
Mən
də axmaqlıq elədim, elə ordaca meqavaytımı açıb, interneti yüklədim və feysdə
yazdım ki, onu, yəni o partiya sədrini tutublar... Eeeee... Tutub salıblar dəlixanaya.
Telefonum
başladı dız-dız, cıv-cıv... Yəni zəng zəng dalıncan, mesaj mesaj dalıncan ki, bəs
bu barədə açıqlama verə bilərsinizmi?
Dedim,
ə, day nə açıqlama?! Deyirlər ki, adamı salıblar dəlixanaya də!
Mənbə?
Mənbə,
ədəbi mühitin qaynağı çayxana!
Ad?
Hirs
vurdu təpəmə, sildim o statusu!
Lap
da qəzəbnak olub telefonu söndürdüm...
***
İndi
burda, ədəbi mühitin ocağında – iş otağımda oturub bu yazını yazıram. Özü də
rahat. Çünki bilirəm ki, hələ hekayəyə görə kimisə nə məhkəməyə veriblər, nə də
tutmayıblar. İraq, iraq, 37- ci il
xaric...
Hə,
qada, demək, dostuma yazdım ki, dünənki məlumatın mənbəyi varmı?
Dedi,
var: www.qaçaqnebi.az saytı.
Onu
da əlavə etdi ki, dünənki məlumatda bir balaca ünvan yanlışlığı var, onu da düzəlt:
partiya sədrini Maştağadakı 1 saylı dəlixanaya deyil, şəhərin mərkəzindəki 2
saylı dəlixanaya salıblar. Onu da belə yazarsan: 2 saylı Psixatriya Xəstəxanası...
Qoy
mədəni olsun.
P.S. (Oyyy, bağışlayın siz allah, bu nəydi mən yazdım. Mən axı bu PIS-ı milliləşdirsəm
də, hələ bir zalım balası deməyib ki, nə yaxşı, PIS-ı dəyişən tapıldı!)
S.A. 1.
Qaçaq Nəbinin başı erməni, rus, fars işğalçıları və yerli quldurlarla döyüşə qarışdığından övlad yiyəsi ola bilməyib. Ona görə sonsuzdur. Arvadı Həcərin ünvanına hədyan deyən o ...oğlunun cavabını verən olmayıb. Ona görə bu hekayəni yazdım ki, xəcalətdən çıxaq...
S.A.
2.
Hə,
O ...oğlunun göstərdiyi mənbələr, var, doğrudur. Hətta eşitdiyimə görə, o mənbələr
Gürcüstanda-filanda mövcuddur. Ay adam balası, Gürcüstanda, Ermənistanda bizim
xalq qəhrəmanına səcdəmi etməklərini istəyirsən?! Onlar o mənbələri yazanda, yəni 37-də Zəngəzurun
ağsaqqalı Bəhlul Əfəndinin ayağına daş bağlayıb Xəzərə atmışdılar. O Bəhlul Əfəndi
ki, Qaçaq Nəbinin tarixini ilk dəfə yazıya alıb. Oxuyansan, get o böyük alimin
yazdığını oxu, yoxsa hansısa Samvelin, Hovanesin yazdığını niyə gözümüzə
soxursan?!
S.A. 3.
Zəngilanda və Qubadlıda (bu iki rayon vaxtilə bir olub, sonradan ayırıblar) erməni kəndi olmayıb və heç erməni yaçamayıb. Zəngilanın Mincivan qəsəbəsində bir Liza yaşayırdı ki, arvadına acıq edən kişilər onun evində gecələyərdilər.
S.A. 4.
"Qy sənə desinlər ay Qaçaq Nəbi!
Arvadı özündən ay qoçaq Nəbi, -
mahnısı ki, var, bir də o hava çalınanda qolunu qaldırıb toyda oynayanın ...!!! (Burda ağlıma pis bir söyüş gəlir, amma siz ora istədiyinizi yaza bilərsiniz.)
S.A. 5.
C.S...oğluna
bir dost tövsiyəsi: orada da hətərən-pətərən danışma. Orda – dəlixanada çox
ağıllı, millətin qaymağı olan bilgə adamlar var, səni tutub ...ərlər...
S.A. 6.
Eşitdiyimə
görə dünən bir qrup gənc S.C. oğlunun, yaxud C.S...oğlunun evinin qarşısında əllərində yumurta-filan piket keçirtməyə cəhd edib.
07.09.2025.
Yorumlar
Yorum Gönder