AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 12-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZAD
QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 12-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Yazıçı
Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxmışdır.
Bu
cildə müəllifin “Cəbrayıl əfsanəsi” romanı və 24 hekayəsi daxil edilmişdir. Roman
44 günlük müqəddəs Vətən Müharibəmizin ilk şəhidlərindən olan gənc qəhrəman Cəbrayıl
Dövlətzadənin qısa, amma mənalı ömür və döyüş yolundan bəhs edir. Romanda bir
sıra tarixi paralelliklərə də rast gəlmək mümkündür. Belə ki, əsərdə ötən əsrin
əvvəllərində baş vermiş Erməni-Müsəlman davaları və o çağların qəhrəmanı Qaçaq
Fərzalının apardığı mübatizə, habelə 100 il əvvəlin və sonranın Türkiyə - Azərbaycan
münasibətləri də önə çəkilmişdir. Qəhrəmanın ana tərəfi Zəngilanın – Zəngəzurun
ermənilərlə ağız-ağıza olan bölgəsindən olduğundan və o torpaqları düşmən işğal
etdiyindən Cəbrayıl və yaşıdları yağı qanına susamış, özlərini işğalçılara qarşı amansız mübarizəyə hazırlamışdılar.
Roman həmin amansız mübarizədən və Azərbaycan əsgərinin, o cümlədən Cəbrayılın
qəhrəmanlıqla dolu savaşından bəhs edir.
Kitabda
yer almış hekayələr də İkinci Qarabağ müharibəsinin qəhrəmanlarına həsr olunub.
Hekayələrin çoxu sənədli olsa da, bu mətnlərdə haqqında bəhs olunan igidlər – şəhidi
də, qazisi də bir ananın övladı kimidir.
Həm
roman, həm də hekayələr müharibənin gedişi zamanı yazılmağa başlamış, sonradan
həm sosial şəbəkələrdə yayımlanmış, həm də 2021-ci ildə ayrıca kitab şəklində
çap olunaraq oxuculara hədiyyə edilmişdir.
Qanun
nəşriyyatında işıq üzü görən yeni cildin redaktoru ehtiyatda olan polkovnik,
tarix üzrə fəlsəfə doktoru Lətif Şüküroğlu, rəssamı Sehran Allahverdi, tərtibçisi
Türkan Azadqızıdır.
Kitabı
yaxın günlərdə Milli Kitabxanadan (əski M.F.Axundov adına kitabxana), AMEA-nın,
ADPU-nun (əski APİ), Folklor İnstitunun, Xəzər Universitetinin, Zəngilan
rayonunun Mərkəzi kitabxanalarından əldə edib oxumaq olar.
.jpg)
Yorumlar
Yorum Gönder