AZAD QARADƏRƏLİ ATAQAM – HAVALI QƏHRƏMANLARIN YAZIÇISI (Yazıçı Ataqamın “Qanadlı körpü” kitabı haqqında düşüncələr)
AZAD QARADƏRƏLİ
ATAQAM – HAVALI QƏHRƏMANLARIN YAZIÇISI
(Yazıçı
Ataqamın “Qanadlı körpü” kitabı haqqında düşüncələr)
Radiqda
çalışırdım. Kitabı çıxan, şeir yazan, hekayə toqquşduran səhər açılan kimi cumurdu
studiyaya. Radio üzrə müavin Mövlud müəllim də, eləməyib tənbəllik, onların bir
çoxunu mənim üstümə göndərirdi: “Bax, ağlın kəssə, bir şey ver, kəsməsə, yola
sal, getsin. Amma ifallı elə bunu da.”
Yaşlı
bir kişi mənimlə üzbəüz əyləşib. Kitabının üstünə baxanda gülməkdən özümü güclə
saxlayıram. Bunu sezən Qaçay Köçərli də əyilib kitabın üstündən adamın adını
oxuyur və dəliyə dönür: “Ə kişi, sən özünə bir ad seçə bilmirsən, camaatın
uşağına nə öyrədəcəksən?! Bu nə addı, ə?!”
(Bizimki
uşaq verilişləri redaksiyasıdır. “Camaatın uşağı” ona işarə idi.)
Adı
dilə gətirməli deyil. Vallah, billah belə ad olmaz. Radioada bu adda şair
olduğunu efirdən desəm, bütün ölkə qəhqəhə çəkib güləcək... (Adı bura
yazmıram, etik olmaz. Amma adama başa salırıq ki, sən get, bu ad məsələni həll
et... Qayıdır ki, dədəm-nənəm qoyan addır... Başlayıram, onlarla Azərbaycan və Avropa
ədibinin adını çəkməyə ki, bunların hamısı öz adları ilə deyil, götürdükləri təxəllüslə
yazıblar... “Biri elə Nizami, yaxud Xaqani, lap elə Müşfiq... A kişi Volter! Və
sair...”)
Adam
gedir. Hiss edirəm ki, bərk narazı qalıb...
...Hansısa
kitabımın təqdimatıdır. Uzun saçları alnına tökülən bir gənc yaxınlaşıb əlimi
sıxır, sonra özünü təqdim edir:
-Ataqam...
Oxucu
sandığım bu adamla o görüşümüz ruhani ilgəyə çevrilir. Çəmi-cümlətanı iki-üç dəfə
görüşsək də, bir-birimizə bağlanırıq. Xüsusilə, onun saytlardakı hekayələri məni
özünə doğru çəkir.
Və...
Və... Ən böyük bir məsələ isə yazının başındakı əhvalatı alt-üst edən ad:
Ataqam!
Sonra
biləndə ki, bu ad adamın ailə adı deyil, yazıçının özünə götürdüyü təxəllüsdür,
ona daha çox bağlanıram! Və and olsun kitaba ki, hələ də o adamın əsil adını
bilmirəm...
...Düz
dörd il əvvəl zəng etmişdi ki, hekayələr kitabımı sizə hədiyyə kimi göndərirəm
(yaxınları bizim əraziyə yavuq bir yerdə yaşayırlar), vaxtınız olsa,
oxuyarsınız...
O
kitab düz üç il yarım müddətdən sonra gəlib bizə çıxdı...
Altı
ay da mən yubatdım...
İndi
kitabı oxumağa başlamışam...
Əlimdə
o qədər əlimyandı işlər var ki...
Amma
ikinci hekayədən sonra anladım ki, xeyir, bu işi yubatmaq olmaz.
Beləcə,
kitabı əliqələmli oxumağa başladım...
***
Onun
qəhrəmanları, demək olar ki, normal adamlar deyil. Elə “Gecə görənlər”in orazları kimi. “Bir-birimizi
“dostcan” çağırardıq. Bizim dünyamızda adın dəyəri yoxdu, çünki ad insanları
ayırmaq üçündür.”
Bir-birini
gözdən keçirmək iqtidarında olmasalar da, bu iki gəncin bir-birini duyan ürəkləri
var. Nə olsun ki, dünya işığına həsrətdilər?..
Kitabın
ilk hekayəsi “Nanəli konfet” konfetdən bəhs etsə də, son dərəcə acı bir tam verən
mövzuya malik – Osman dayı sevgi qurbanı olaraq havalanıb...
Havalanıb
demişkən, Ataqamın qəhrəmanlarının hamısı havalıdır. Elə götürək “Qanadlı körpü”nün
qəhrəmanı Nəriman həkimi. Adam oxumuş, savadlı həkimdir. Di gəl ki, zalım sevgi
onun da havasını almı, başqa havaya oynadır. İndi başqasının arvadı olan
sevdiyi xanıma görə hər gün üstünə çıxdığı körpü də ona baxıb havalanır – qanad
taxır...
Ən
qorxunc mövzuya malik “Okeanda iki maymaq” hekayəsinin qəhrəmanlarının isə
havası-zadı yoxdur – onları ocağı çoxdan sönüb. Müharibə deyilən o qanlı savaş
bu iki gənci – özlərini roman qaraçısı və alban adlandıran iki qafqazlı Azərbaycan
türkü və ermənini okeanın üzərində üz-üzə gətirir. Borc-xərc edib pul-para düzəldərək
saxta adla Kanadaya yol alıblar. Amma üzü dönük tale burada da onları sınağa çəkir
– gəmiləri batır və dənizdə çarpışa-çarpışa ölmədiril xilas olurlar. Özü də
tez-tez öskürən xəstə ermənini okeana buraxmaq istəyən bizimkinin buna əli gəlmir...
Həbsxanada
gözlədiyimiz baş verir. Sözləşdikləri üçün erməni azərbaycanlıya xəsarət
yetirir...
(Müəllifin
yerinə olsaydım, kifayuət qədər uzun olan bu hekayəni daha geniş işləyərdim. Nədən
ki, hər iki qəhrəman müəllifin yaxşı tanıdığı Cəbrayıl və Hadrut
rayonlarındandır. Erməninin Arakel, bizim Hərəkül dediyimiz kənddən. Yəni mövzu
özü-özünü genişlədə bilərdi...)
...İşi
ilə bağlı tez-tez xaricdə olan müəllif bəzən qəhrəmanlarını elə oralarda
tapır. “Fələstinli və sərçələr” hekayəsindəki
kimi. Burda da vəziyyət eynidir. “O gündən Kənaan Cəbələydə təkcə hər kəsin üzdə “ağoğlan”, arxada “havalı”
dediyi Aban Müəzzini görəndə təzim eləyirdi...
Yenə
havalı...
“Qapı
arxasındakı adam”da isə yaxşılığın qiyməti həbsxanaya düşmək olur – yeddi il!
Ataqamın
hekayələri, bəlkə birxətli görünə bilər oxucuya. Amma belə deyil. Qəhrəmanlar
qohum olsalar da, hərəsinin öz havası va.
Bəzi
cümlələri az qala anlaşılmır, yaxud bir az çiy kimi görünür:”Havada bir azot
atomu da tərpənmirdi.”
İşlətdiyi
bəzi kəlmələrsə şivədən gəldiyi üçün anlaşılmaz kimi görünür:”baysaq”, “gözək”...
Amma bu kimi sözlərin qədimliyi və səslənişi deyir ki, onları diriltməyə dəyər!
Bəzi
sözləri isə o, ürəklə işlədir:”pıçı”, “luğaz”...
...Ataqamın
qəhrəmalrının bir çoxunun “oyuncağı sınağandır, ona görə Dərviş deyir:
“Balalarınızı
indidən vərdiş elətdirirəm ki, o vaxt ehtiyatlı davransınlar, dünyanın ən
sınağan, həssas oyuncağını –ürəyi sındırmasınlar.”
Belə.
Az yazan, amma gözəl yazan bir yazıçı ilə tanış etməyə çalışdım sizi. Bilmirəm,
alındımı?
Bildiyim odur ki, onun hekayələri elə köhnə dərvişlərin söhbəti kimi luğablıdır. Havası da başa aləm...
19.09.2026.

Yorumlar
Yorum Gönder