AZAD QARADƏRƏLİ GÜLLƏLƏR (“Nasirin şeir dəftəri” silsiləsindən)
AZAD QARADƏRƏLİ
GÜLLƏLƏR
(“Nasirin
şeir dəftəri” silsiləsindən)
Şairlər
bağışlasın
"Güllələr açılır
hər səhər-axşam,
Biri
də mənə dəyməyir..."
-Sevinmə buna!
Dəyməyən
güllədən
dəyən
yaxşıdı.
Olanını
gizlicə yığıb aparandansa
Üz-üzə oturub
yeyən yaxşıdı -
(Qaxılıb
zırın-zırın ağlama,
Genəlt
ətrafını!..)
Bunun
yaxşısına lənət!
Bunun... atdığı
öldürmür,
amma
Sinəsində
qanımızla
döyməsi
var,
Döyməsi
var,
söyməsi
var...
Düşmüşük
felinə,
həm
acı dilinə,
Bizi
söz-söz öldürür,
güllə-güllə
qandırır,
Sonra
dərimizi
beş
şahalıq edib,
Öz
əllərimizlə
yandırır...
Tüstümüz
təpəmizdən
çıxır,
Dost
yanıb yaxılır,
Düşmən
üstümüzə yıxılır...
...Güllələr
açılır hələ də,
Bizə
dəyməyən güllələr...
Bizə
ölümü
belə
qıymayan güllələr...
Oktyabr, 2016.

Yorumlar
Yorum Gönder