ƏLİ KƏRİM ƏSARƏTİ
AZAD QARADƏRƏLİ ƏLİ KƏRİM ƏSARƏTİ (Altay Məmmədovun “Tanıdığım Əli Kərim” kitabına ön söz) Əli Kərim... Bu ad neçə illərdir ki, Azərbaycan poeziyasında bir əfsanə kimi dolaşmaqdadır. O, bu dünyadan nakam köçəndə bir çoxları “əlinə xına qoyub” ki, nəhayət, şeirimiz Əli Kərimin əsarətindən qurtuldu. Amma anlamadılar ki, əslində “əsarət” onun ölümündən sonra başlayırdı. (Danışırdılar ki, Əlinin böyük istedadı və tükənməz yazmaq enerjisi onun yarımçıq istedadlı yaşdaşlarını elə qorxuya salıb ki, bu nadir istedad sahibini məhv etmək üçün hər şeylərindən keçməyə hazır olublar. Və əlacı yalnız içkidə görüblər. Bu zəhrimarsa şairin ən zəif yeriydi. Dostu Sabir Əhmədli deyirdi ki, Əlini elə istedadsız adamlarla məclis quran görürdün ki, ayağının altdan yer qaçardı. Başqa vaxtda belələrindən gen gəzən şairi məhz “belələri” içki ilə məhv etdilər.) Vəfat