SABİR ƏHMƏDLİ SORULARI

                              AZAD QARADƏRƏLİ

                      

                         SABİR ƏHMƏDLİ SORULARI

 

                                   ədəbi replika

                                                                                                 

 

            Ustadın 90 illiyi yaxınlaşdıqca internet üzərindən, messencerdən, votçapdan yazılan, telefon zəngilə soruşulan sualların sayı artmaqda davam edir...

            ...

            -Salam, müəllim.

            -Salam.

            -Sabir Əhmədlinin son kitabları hansılardır?

            -“Kütlə”, bir də üç romanı – “Ömür urası”, “Kef”, Axirət sevdası” romanlarının cəm olduğu kitab və bir də “Yazılmayan yazı”.

            -Müəllim, bəs Sabir Əhmədlinin  əsərləri prezident fərmanıyla latın qrafikalı əlifbada çap olunan yazıçıların siyahısında niyə yer almayıb?

            -Deyiblər ki, ona olan ümümxalq sevgisinin onsuz da hüdudları genişdir. Bu hüdudda olmayanları çap edək ki, yazıqlar binəsib olmasınlar...

            -Bəs mən Sabir Əhmədlinin kitablarını necə əldə edə bilərəm?

            -Görün yaşadığınız ərazidəki kitabxana hələ Mədəniyyət nazirliyi tərəfindən dağıdılmayıbsa, ordan tapa bilərsiniz...

                                                           ***

            Ustadın 90 illik yubileyi yaxınlaşdıqca bu sualların sayı artmaqdadır.

            Bu sualın veriləcəyini bildiyim üçün cavabını bəri başdan yazıram:

            -Ədibin başına bəlalar açmış “Dünyanın arşını” romanı Alatoran yayınlarında nəfis şəkildə çapa hazırlanır...


Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...