Adil Yılmaz (Ankara) UÇMAK YARALAR QANADIN UCLARIN

 

 

 

Adil Yılmaz

(Ankara)

 

UÇMAK  YARALAR  QANADIN  UCLARIN

 

 

                               

                                       Azad Qaradərəlinin “Petrol tarlaları”* romanını oxuyarkən

 

 


 

uçmaq hardan gəldi ağlına,

xəyallarım qanadlarımdır, Azad.

qollarım əski bir zaman qövmü – indi buzlamış,

bir dağı aşar kimiyəm

nədən xizək sürməzlər burda

nədən əyilib pıçıldayır qulağıma külək

yalnız ölü ruhlara aid burası!

sən gəl də çöz sirrini bu işin;

xortlamasına əngəl deyil donması,

bir təhdidin altındayam, evə də dönməliyəm,

şaman, haydı çöz bu sirri,

din dəyişdirmədən öncə

üç kəz düşünmək nədir

nə olacaq mənim bu halım?

səkkiz milyon olduğunu söyləyirlər vacib

shintonun* sirli varlıqları kəsmədən yolumu

dönməliyəm evimə,

qəti söz verdim özümə, Azad,

bir dua tapdım,

“lehinə danışmağa ölümsüz varlığın,

dünyanın qaranlığında”,

gəl, sən də amin de.

 

bilirəm, çökələkçi** qız gözləyir yolumun üstündə

incir ağacı günəşini sərmiş,

çarxını quracaq bir azdan ,

siddhartha*** “yıxılacaq evimin dirəyi”,

bir ilgəyin içində düyüdə boğulacam, Azad!

yaşamım Himalayın ətəkləri olacaq,

“Həqiqətin  xəzinəsi” yuyacaq bəlkə Asiyanın üzünü,

Şirilanka harada, Azad,

tövbəyə gəlmiş qulları üçün Gamsız Aşoka,

harda Küt dağı, ya Çin, ya Vyetnam uzaq deyil artıq səndən...

uçmalıydınmı, Azad? 

 

                                                             Çevirdi Türkan Vəliyeva

 

 

 

 

 

 

----------------------------------------------------------

*Yazıçının “Kuma-Manıç çökəkliyi” romanı İstanbulda bu adla çap olunub.

*shinto – yaponlarda əski din

**çökələk – ağartıdan hazırlanan məhsul, bizim kəsmik kimi bir şey.

***buddizmin yaradıcısı Buddanın gerçək adlarından biri. H.Hessenin bu adda bir romanı da var. (çevirmənin qeydləri)

 

                                                                

                                                                                             


Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ JURNALİST AKİF AŞIRLININ “LALƏLƏR” MAHNISI BARƏDƏ SƏHVLƏR” YAZISINA CAVAB

AZAD QARADƏRƏLİ RƏSULZADƏ VƏ ELÇİBƏY NİŞANƏSİ

AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə