AZAD QARADƏRƏLİNİN "RENESSANS HƏSRƏTİ -3" KİTABI TƏQDİM EDİLƏCƏK
AZAD
QARADƏRƏLİNİN “RENESSANS HƏSRƏTİ” KİTABININ
3-CÜ CİLDİ TƏQDİM
OLUNACAQ
12 iyun 2022-ci il tarixdə, saat
12.00-1300 arasında Bokzone kitab evində - H.Əliyev sarayının sağ tərəfi, AF
Mall Ticarət mərkəzinin yanı, 2-ci mərtəbə - yazıçı Azad Qaradərəlinin
“Renessans həsrəti” kitabının 3-cü
cildinin təqdimatı olacaq.
Azad Qaradərəli bir nasir olsa da,
zaman-zaman esselər, portret yazıları yazmış, eyni zamanda ayrı-ayrı mətbuat
orqanlarına, saytlara verdiyi müsahibələrində dövrün və zamanın hadisələrinə öz
münasibətini bildirmişdir. Müəllifin sözügedən yazıları və müsahibələrinin yer
aldığı iki cilddən ibarət “Renessans həsrəti” adlı kitabları vaxtilə çap
olunaraq oxucuların ilgisini çəkmişdir. (“Renessans həsrəti”, 1-ci kitab, Qanun, 2015, 368 s.; “Renessans həsrəti”,
2-ci kitab, Alotoran, 2018, 350 s.)
Yenicə
çapdan çıxan 396 səhifəlik üçüncü
kitabda yazıçının son illərdə qələmə aldığı esselər, portret yazıları, verdiyi
müsahibələr, ədəbi qeydləri və bir sıra nəzəri fikirlərini əks etdirən mətnləri
toplanıb. Esselərin bəziləri klassiklərin ( Nizami, Hadi, İ,Şıxlı, Sabir Əhmədli,)
, bəziləri müəllifin müasirlərinin və gənc yazarların ( Eldar Baxış, Musa
Yaqub, Məmməd İsmayıl, Oljas Süleymenov, Tofiq Qəhrəmanov, Tehran Əlişanoğlu,
Azər Abdulla, Toğrul Tanyol, Əjdər Ol,
Qismət, İsfəndiyar Əhmədzadə, Vaqif Qüdrət,
Mənzər Niyarlı, Fərzuq Seyidbəyli, Orxan Bahadırsoy, El-Sevər, Səxavət Sahil,
Şükufə Əliyeva, Sərdar Amin, Şəhla Nihan, Şəhriyar del-Gerani, Nicat Azər, Nemət
Mətin, Günel Rəcəb, Nərgiz Nasir, Əli Eynəliyev,Pəri Minatür, Heyran Mustafazadə, Arif Həkimoğlu və başqaları) yaradıcılığından
və həyat lövhələrindən bəhs edir.
Ədəbi
qeydlər bölümündə Q.Lorka, M.V.Lyosa, R. Qaraca, Elnaz Eyvaz, M.Örən, Vahid
Əlifoğlu, Fəridə, Maral Yaqubova, Esmira
Məhiqızı, El Roman, Emin Piri, şəhid yazar Teymur Rəsulov, Azər Xanlarov, Həmid
Piriyev və başqalarının yaradıcılığından çınqılar yer almışdır. Portret
yazılarında atasının, babasının, nənəsinin, habelə uşaqlıq və gənclik
dostlarından bəzilərinin obrazları yer alıb.
Müsahibələrdə
müəllif ona verilən sualları cavablandırakən, əslində öz baxış bucağını sərgiləmiş,
yazdığı bəzi nəzəri materiallarda isə (məsələn, “Yeni naturalizm”, “Nəsr: hekayə
və hekayəçilik” və s.) özünün nəzəri düşüncələrini bölüşmüş, ortaya qoyduğu
yeni ədəbi dünyagörüşün (“Yeni ədəbi naturalizm”) prinsiplərini sərgiləmişdir.
Onun internet statusları şəklində qələmə aldığı fikirlər də, əslində bu düşüncələrinin
davamı olan ədəbi qeydlərdir.
Kitabda
həmçinin müəllifin Türkiyə səfərindən təəssüratlar da oxuculara təqdim olunur.
Nəşrin
redaktorları Günel Rəcəb, Nicat Həşimzadə, tərtibçi Türkan Mehdiyevadır. Kitab
Mücrü nəşriyyatında işıq üzü görüb.
Yorumlar
Yorum Gönder