AZAD QARADƏRƏLİ AZ GÖRDÜYÜM AKİF SƏMƏD
AZ
GÖRDÜYÜM AKİF SƏMƏD
Eldar
Baxış mənə bir çox baxımdan doğmadı, əzizdi. Bu barədə çox yazmışam. Amma həm də
mənə ona görə əzizdir ki, Azərbaycan radiosu kimi bir dərgaha ayağımı açdı.
Bura mənim təkcə yazılarımın səsləndiyi yer olmadı, həm də iş yerim, dolanışıq
mənbəyim oldu. Burada ən çox ünsiyyətdə olduğum adamlardan biri İsa İsmayılzadə
idisə, ən az ünsiyyətdə olduqlarımdan biri, fəqət o az ünsiyyətlə
yaddaşımda pozusu olmayan iz qoyan Akif
Səməd idi. İsa müəllim haqqında çox yazmışam, amma Akif haqqında ya yazmamışam,
ya da az yazmışam.
Əvvəlcə,
belə bir suala cavab axtaraq ki, Akiflə niyə az ünsiyyətdə olurdum? Birincisi,
Akif radioda rəhbərliyin qoyduğu tələblərə, baş redaktorların məcburən
düzüb-qoşduğu saat neçədən neçəyə qadağasına tabe olan adam deyildi. Həyatda sərbəst
olduğu kimi, burada da sərbəst idi və camaat Rastropoviçin az qala ayağına
yıxılanda Akif efirdə onu dolamışdı və bu da “letuçka”da böyük hay-küyə səbəb
olmuşdu. Hamı gözləyirdi ki. Akifi işdən çıxardacaqlar. Akifsə özünəməxsus şəkildə
bizi başına yığıb demişdi:”Ayə, hamınızın ürəyinnən keçəni mən efirdən demişəm
dana. Yoxsa yalan demişəm...” -xısın-xısın gülüşmüşdük...
İkincisi,
Akifin başındakı buxara papaqdan qoyan aşıqlar, Akif kimi papaqlı kişilər
radioya gələndə müsahibəni Əhməd Oğuza, Elxan Məmmədliyə və qeyrilərinə verəndə
qonaqlığı Akifə verirdilər. Hətta belə bir zarafat da vardı aramızda:”Müsahibə
onlara, qonaqlıq Akif Səmədə.”
Akifin
qonaqlıqda olmadığı gün çətin olardı. İndi mən bu yeyib-içən adamın yaxasından
tutub deyəydim ki, gəl mənimlə ədəbiyyat söhbəti elə?
Amma
bəzən o özü məni axtarıb tapırdı...
Radioda
lap təzə işləyən vaxtlarım idi. Gərək ki, “Ulartı” adlı ikinci hekayələr
kitabım çıxmışdı. Akifə də bağışlamışdım. Veriliş hazırlayırdım ki, Akif gəldi
bizim uşaq redaksiyasına və dedi:
-İndicə
bir tədbirdən gəlirəm. Hökümət adamları da vardı. Fatma Abdullazadə dedi ki,
bir məcburi köçkün yazıçı verin, prezident təqaüdünə təqdim edək. Mən sənin
adımı şəkdim. Bir neçə adam, dayan görüm kimlər idi, bax biri elə Aqil Abbas,
biri Vaqif Bəhmənli… Dəsən Vaqif Yusifli də mənim təklifimi müdafiə etdilər...
sabah get Yazıçılar İttifaqına, kitablarını da apar, ver Fikrət Qocaya. Hə,
yaxşı yadıma düşdü, bir də Ələkbər Salahzadə səni müdafiə elədi... Apar ver, de
ki, Akif Səməd deyən yazıçı mənəm... Sonra hansısa blankları-zadı
doldurmalısan... Alarsan də, nə versələr. Qənimətdir...
Key-key
Akifin üzünə baxdım və həmişə özümdən yaşlı bildiyim bu adama yenə bir az rəsmi
cavab verdim:
-Akif
müəllim, axı mən Yazıçılar Birliyinin üzvü deyiləm...
-Nə?!.
Akif
bu “nə”ni elə dedi ki, elə bil mənə bir sillə çəkdi. Sonra başını aşağı salıb
çıxıb getdi...
Sonralar
onunla bulvardakı çayxanaların birində görüşmüşdük.
“Ay
Akif müəllim, bu mükafatı almağına alardım e... Axı bunun sonrası da var... Səni
televiziyaya çıxardacaqlar, təqaüdə görə prezidentə təşəkkür eləmək var...”
Başını
buladı. Sonra da əlini qaldırıb əlimin üstünə qoydu. Çox rahat idi. Heç elə bil
belə rahat olmamışdı... və gözlənilmədən haçansa ona verdiyim “Aşiqlər” kitabım
haqqında danışmağa başladı. Mən elə bilirdim ki, bu əl boyda elmi-publissistik
kitaba o heç baxmayıb da. Amma kitabı elə təhlil etdi, elə danışdı ki, mat
qaldım. Və əlavə etdi ki, sən telefilmlə danış, qoy bu kitab haqqında yaxşı bir
film çəksinlər...
Mən
bunu etməyinə etdim, film də çəkildi, o balaca kitab üç o həcmdə yenidən nəşr də
olundu. Amma Akif bunları görə bilmədi. İndi təəssüf hissi ilə yazdığım bu sətirlərin
arasından Akifin nurlu sifəti görünür və o yorğun görkəmilə söyləyir:
Sən
kövrəlmə, ay atam,
Dözümə
yol gedirəm.
Nə
vaxtdı itib-batan
İzimə
yol gedirəm.
Yanmaq
yaraşır ömrə,
Qulam
allahdan əmrə
Nəsimi,
Yunis Əmrə,
Sözümə
yol gedirəm.
Daşda
bitən kolmuşam,
Öz-özümü
yolmuşam,
Özümdən
yol almışam,
Özümə
yol gedirəm.
Akif
bizdən cismən uzalaşsa da, ruhən yaxınlaşır. Sağlığında az görüşdüyüm o usta
şair indi tez-tez görüşümə gəlir. Bu qədər yaxın olduğumuzu heç bilməzdim... Elə
bu gün səhərki kimi: qəfil “Adəmdən...” kitabı əlimə keçdi, nə keçdi! Hələ
yazdığı avtoqrafa baxın: “Akif Səməddən Eldar Baxışın müridi Azad bəyə... Ağamalı
Sadiq Əfəndinin müridindən. Eşq olsun! 26.12.97.”
Eşq
sənə olsun, ay Akif Səməd! Eşq Eldar Baxışa olsun! Eşq Ağamalı Sadiq Əfəndiyə
olsun!
Eşq
gəlib neçə sənədi,
Eşqdi
könlün sənədi.
Əğyar?
Nə əğyar? O nədi?
Akifə
neyələr, yar eylər...
S.A.(Söz
Ardı)
1.Akiflə
münasibətimizdə həmişə bir qədər məsafə olub. Mən çox bərk yeriyən, o astagəldi.
(Son vaxtlar isə radionun binasına qalxan pillələri o qədər yavaş qalxardı ki,
söhbətimizi yarımçıq saxlayıb, sən get deyərdi, mən hələ bir az nəfəs alacam,
bir siqaret çəkib, gələcəm…)
Qaçaq
Nəbinin xanımı Həcərlə bağlı qalmaqal da münasibətimizə soyuqluq gətirmədi. Sadəcə,
mən Həcərin Nəbidən sonra getdiyi kişidən olan övladlarının sağ olduğunu,
atalarının qəbrinin belə işğala qədər fotosunun olduğunu deyəndə bir xeyli
susub, “nəvlim, ay Azad bəy, bəlkə mən haxsızam… amma… bu arxiv niyə belə
danışır?” deyib heyrət etmişdi.
“Arxivi
kimin tərtib etdiyi məsələsi də var axı, Akif bəy”.
Mənim
nəyə işarəetdiyimi duyub, “ola bilsin, bu fikrin ortaq məxrəcə gəlməyimizə
yaradı, amma mən yenə də arxivdən yanayam” dedi və bununla da o məsələyə nöqtə
qoyduq.
2.Akifin
vəfatı bütün ədəbi cameə üçün ağır itki oldu. İsa İsmayılzadə, Eldar Baxış,
Ağamalı Sadiq Əfəndidən sonra (Akif onların üçündən də gəncdi, hətta məndən də)
onun ölümü həzm olunası deyildi. 44 yaş şair üçün nədi axı?! Bu onun,
olsa-olsa, yaşadığı zaman kəsiyi idi, yazacağı zaman hələ qabaqda idi…
Amma
az qala vəfatından ötən 20 ilə yaxın zaman məsafəsi deyir ki, Akif Səməd o 44
ili də yaşamayıb, yazıb, yazıb…
Qar-boranla
gəlib yazımız belə,
Qışımız
elədi, yazımız belə.
Əzəldən
yazılıb yazımız belə
Akifə
yar qismət, yar ayrılığa…
("Məndən sonra" memuar romandan)
Yorumlar
Yorum Gönder