AZAD QARADƏRƏLİ VƏ MARAL YAQUBOVA (internet üzərindən söhbət)

 

AZAD QARADƏRƏLİ İLƏ ƏDƏBİYYATŞÜNAS MARAL YAQUBOVANIN İNTERNET ÜZƏRİNDƏN YAZIŞMASINDAN PARÇALAR. (Söhbətin mövzusu yazıçının əlyazması hüququnda olan “Ucubuluq” romanıdır.)

 




2 Nis 2021 18:48

Maral Yaqubova

Salam, Azad bəy, necəsiniz? Romanı oxuyuram. Elə bu aralar sizinlə bu barədə danışmaq istəyirdim. Oxuduqca yaranan suallarımı qeyd edirəm, bitirim, az qalıb, danışacam, sizinlə. Maraqlı mövzudur, fərqlidir, bütün hallarda sizin qələminizdir . Kitabı düz deyirsiniz, hələ gedib götürə bilməmişəm. Bu həftə həll edəcəm.

Azad Q

Tehran covidə yoluxub,ona da götürün.

Maral Yaqubova

Bu pandemiya, online dərslər və s. planlı işləməyə qoymur. Götürəcəm, narahat olmayın. Bilirəm.

Azad Q.

Roman haqda fikirlərinizi mənə yazın.Belə bir fikir var ki,naşirdən gəlib,kitabın arxasında,yaxud sonunda əsəri oxuyan tanınmışların bir-iki cümləlik fikirlərini də verək.

Qeydlərinizin içərisindən o cümlələri də seçerim yəqin.

Maral Yaqubova

Mən uzağı iki günə sizə tam fikirlərimi yazıb göndərəcəm. Siz özünüz seçərsiniz. Azad bəy, bir iki yerdə gözümə çarpan bəzi detalları desəm, yəqin əsl yazıçı peşəkarlığı ilə qəbul edərsiniz.

Azad Q.

Ay qızım,o nə sözdür?Bəs əlyazmasıni size niyə atmışam?Əlbəttə,hər qeydinuzə baxacam.Mutləq yazın.Mən bu əsəri çox istəyirəm,ona görə ona yaxın dosta göndərmişəm,sağ olsunlar,artıq üç nəfər bitirib,fikirlərini də yazıblar.

Sizin də fikriniz mənimçün qiymətlidir təbii.

Maral Yaqubova

Tamam, indi daha cəsarətlə yazacam. Var olun.

16 Nis 2021 21:04

Maral Yaqubova

Salam, Azad bəy, necəsiniz? Mən romanı oxudum, bitirdim. Öncə sizə təşəkkür edirəm, romanı mənimlə paylaşdığınız üçün. Oxucu zövqümə inandığınız və etibar etdiyiniz üçün sizə minnətdaram.

Mənim bundan sonra yazdıqlarım sırf mətnlə bağlı olacaq, mətn mənə oxu prosesində necə təsir etdi, mətnlə aramızdakı dialoq necə baş tutdu, mətn hansı məqamda məni təəccübləndirdi, hansı məqamda onunla razılaşdım, hansı məqamda razılaşmadım, bütün bunlar barədə fikirlərimi sizə çatdırmağa çalışacam.

Romanın adı öncədən bir magik realizm havası olacağını sezdirdi, Ucubuluqla bağlı əfsanə və rəvayətlər barədə o qədər də geniş məlumatım yox idi, roman sayəsində öyrəndim. Maraqlı məqam idi, Hətta Ucubuluq Adəmin övladlarından biri imiş bəzi qaynaqlara görə. Mənim oxuduğum Azərbaycan ədəbiyyatında Yusif Səmədoğlunun Kirlikirindən sonra belə bir obraza rast gəlməmişdim. Bəşərin mənfi xislətini özündə cəmləşdirən bir obraz, müəllif mifi deyək buna. Ucubuluğun nə qədər əfsanəvi qaynağı olsa da, romanda siz onu funksionallaşdırmısınız, öz mövqeyi və mahiyyəti olan obraza çevirmisiniz.

İkincisi, Dədə Qorqud dastanı ilə bağlantısı, nəzəriyyə bu bağlantını fərqli aspektlərdən izah edə bilər.  Romanda dastan motivlərinin, obrazlarının, hətta təhkiyəinin müasir şərhi var, sakral olan mətnə həm sərbəst yanaşma  hiss elədim, tərsinə, həm də  romanın üzərində Dədə Qorqud "qorxusu"nu da hiss elədim

16 Nis 2021 21:33

Azad Q.

Bitdi?

Maral Yaqubova

Ədəbiyyatın nədən danışması, necə danışması, niyə danışması - bu üç aspektdən baxaq, Romanın danışmaq istədiyi məsələ bəlli, insan  şər və xeyir, ədalət və ədalətsizlik, unutqanlıq və yaddaş, ənənə və ənənədən qopma arasında qalanda nə baş verir? Bütün bunlar insanın öz içindədirmi? Öz günahıdırmı? İnsan niyə qana bu qədər susayır? Romanı oxuduqca Qarabağın, Zəngilanın tarixi canlanır, addım-addm.

Romanın təhkiyəçilik funksiyası daşıyan bir  neçə təhkiyəçiyə bölünməsi maraqlı idi.

Gerçək Dədə Qorqud, saxta Dədə Qorqud, Azad Qaradərəlinin özü...

Mən həmişə oxuduğum əsərlərdə müəllifin yaddaşını, təxəyyülünü, mühəndislik qabiliyyətini və s. ayırmağı, ayrı-ayrılıqda görmək istəyirəm

Azad Q

Dil oyunu barədə nə deyərdiniz?Bu, axı həm də dil faktoru olan əsərdir?

Maral Y.

Dil oyununa gələk. Nəzəriyyədə biz buna ana mətnin parodiyası deyirik -

üslubun parodiyası

romanda dastandan ziyadə, yaşayan xalq ədəbiyyatının şifahi təfəkkürün parodiyasını gördüm

Məsələn sanga. manga və s. kimi

ştuk sözü kimi

Azad Q.

Ucubuluq sizcə mənfi obrazdır?

Maral Y.

Hocam,bu əsərin ürəyi olan məsələ…

danışıq dilinin, canlı dilin mətn yaratma üslubunun parodiyası var…

Ucubuluq faciəvi obrazdır, əzab çəkir

Çox

əzab çəkir həm də..

Sen gönderdin

sanki Adəm övladlarının törətdiyi bütün günahları ona yükləyiblər, o da bu yükün altında inildəyir

Azad Q.

Bir sualım var.

Maral Y

buyurun

Azad Q.

Bu əsər Londonda çıxsa,nə baş verər?Anlayacaqlarmi?

Maral Y.

Belə deyək, Azad müəllim, əgər Dədə Qorudu bilməsələr, çətinlik çəkərlər anlamağa

romanın təqdimatında bu Dədə Qorqudun 13-cü boyu kimi təqdim olunur, müəllif mistifikasiyası

Azad Q.

Demək qorxu yoxdur…

Aqşin Yenisey postmodern roman yazıb.Mən isə heç posmoderni əməlli başlı bilmirəm)

Maral Y.

İkincisi, romanın demək istədiyi bəzi şeylər ana mətnlə əlaqədə ortaya çıxır. Nə nəyin əksidir, nə nəyin tərsidir və s.

Bilməsəniz də, əməlli başlı dekonstruksiya aparmısınız))

Azad Q.

Hə.Dogrusu belədir .Rahatladım.Bu romanda qorxduğum qədər heç bir əsərindən qorxmadım.

Maral Y.

Roman dastan təhkiyəsi ilə yazılıb.

parodiya bunu tələb edir. Amma təhkiyədə ciddi problemlər var, deməsəm olmaz)

Azad Q.

Tərslikdən Tehran da xəstələndi,oxuya bilmədi.Qaldi Qismət O da bitirsin,verək çapa.

Maral Y.

Mən romanı oxuduqca qırmızı rəngli qeydlər aparmışam. İstəsəniz o şəkildə sizə göndərim bir baxın.

Azad Q.

Hökmən.Xahis edirəm!

Maral Y

Təhkiyə strategiyasında biraz tələskənlik var. Sanki, romanı uzun müddətə yazıb, bir nəfəsə bitirmisiniz

Azad Q.

Hə,razıyam.

Maral Y

Dastan təhkiyəsi epik təhkiyədir, Epik təhkiyə isə keçmişin nəqlidir. Bəzi boyların nəqlində indiki zaman şəkilçiləri var. B

Siz keçən dəfə bir status yazmışdınız, inandırıcılıq barədə

o statusda çox haqlı idiniz

sizinlə razıyam bu barədə. Mətndə hər şey bizi mətnə inandırmalıdır. Mətnin gerçəkliyi bir başqadır. Onun öz qanunları var.

Mən indi sizə işlədiyim, bəzi qeydlərimi etdiyim variantı göndərəcəm. Təbii, bunlar mənim oxucu mövqeyimdir. razılaşa da bilərsiniz, razılaşmaya da. Mən mətnlə söhbətləşmişəm, belə düşünək.

Azad Q.

Maral xanım,çox təşəkkür edirəm.Roman haqqında yazdıqlarınızı lap tədqiqat oldu.Mənə demək düşməz,amma gələcəkdə bunları sistemli yaza da bilərsiniz

Mütləq atın.Xahis edirəm.

Maral Yaqubova

Təbii ki, mən Azərbaycan nəsrinin strukturu və ifadə texnologiyası mövzusunda doktorluq yazıram. Bütün bunlar orada da əks olunacaq. Zamanı gəlincə.

Azad Q.

Sizə uğurlar!Qeydlərinizi də atın zəhmət olmasa

Maral Yaqubova

İndi atıram. Kitab şəklində çap olunanda arxa qabığında yazılacaq cümləni də sizə göndərəcəm, ayrıca. Romanı bir də oxuyacam. Mən biraz qəliz oxucuyam, Azad müəllim)))

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)