AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 6-CI CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZAD
QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 6-CI CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Yazıçı
Azad Qaradərəlinin əsərlərinin 6-cı cildi çapdan çıxmışdır.
Külliyyatının
bu cildinə bir roman və bir pyes daxil edilib.
Bu
cilddəki “Şüşə ev” romanında yazıçı səlahiyyət, yaxud var-dövlət sahibi olan
birinin özünü toxunulmaz, külli-ixtiyar sahibi, hətta ölməz hesab etdiyi dönəmlərdə
yaşantılarını, keçirdiyi eyş-işrətləri, çəkdiyi iztirabları qələmə almışdır. Nə
yazıqlar ki, onun milyonlar sərf edərək tikdirdiyi malikanəsi şüşədəndir.
Posmodern üslubda qələmə alınan əsərdə Y.V.Çəmənzəminlinin “Od içində” romanı
ilə paralelliklər də aparılıb.
Romandakı
hadisələr uzaq əyalətdəki Ofşar kəndində baş verir. Əslində, Nadir Şah Əfşarın
törəmələri olan bu adamlar indi miskin bir haldadırlar və nə qədər haray-həşir
salıb desələr də ki, bizim adımız Ofşar deyil, Əfşardır, buna fikir verən
olmur.
Əsər
“Yazı” dərgisində hissə-hissə çap olunsa da, kitab şəklində ilk dəfə işıq üzü
görür.
Yeni
cilddə müəllifin (qələm dostu Ramazan Hüseynli ilə birgə) yazdığı “İrəvan
qalası” pyesi də yer alıb. Tariximizin Gülüstan, Türkmənçay yaraları və İrəvan
damğası bu əsərin leytmotivini təşkil edir. “İrəvan qalası” janr kimi də faciədir,
tarixi fakt kimi də xalqın faciəsidir ki, bu gün də qanı qurumayıb.
Qanun nəşriyyatında işıq üzü görən kitabın
redaktorları Sevinc Elsevər, Mübariz Örən, rəssamı Pəri Miniatür, tərtibçiləri isə Vaqif Osmanlı və Türkan Azadqızıdır.
Kitabı
M.F.Axundov adına Milli Kitabxanadan, Akademiyanın kitabxanasından, ADPU-nun (əski
APİ), BDU-nun, Zəngilan, Şuşa rayonlarının kitabxanalarından əldə edib oxumaq
olar.
Təxminən,
20 cild olacaq bu layihənin 10-cu cildinin nəşri zamanı yazıçı oxucularla
görüş, yaxud simvolik satış keçirməyi də nəzərdə tutur.
Yorumlar
Yorum Gönder