50 İLİN XATİRİ ÜÇÜN GÖRÜŞ
50 İLİN XATİRİ ÜÇÜN GÖRÜŞ
Düz
50 il əvvəl əski Lenin adına APİ-nin – indiki Pedoqoji Universitetin ana dili və
ədəbiyyat fakültəsinin 82-ci qrupunu bitirmiş biz tələbələr bir yerə toplaşdıq
bu günlərdə. 50 ilin xatiri üçün. Könül xoşluğu, qəlb rahatlığı qazanmaq üçün.
Şəhidlər Xiyabanından başladıq görüşə. Həm ümumən şəhidlərimizi, həm də 82-ci qrupun şəhidi Sabir Əhmədovun məzarını ziyarət etmək üçün.
Qan qırmızı göz yaşıyla ağlayan qərənfilləri
düzdük məzarlara.
1918-ci ildə Azərbaycanı və Bakını rus-erməni təcavüzündən qoruyan Türk Şəhidlər Alleyyasını da ziyarət etdik.
Sonra
lap uşaqlar kimi funiklyora da mindik.
Bu
da sahil bulvarı. Biz tələbələrə sinəsini açan, bizi bağrına basan Xəzərin
sahilləri...
Sonra
maşınlara əyləşib Cıdır düzü restoranına yollandıq. Orada bizi daha bir dəstə tələbə
yoldaşımız gözləyirdi. Sevinc göz yaşları, qucaqlaşmalar, sevinmələr. Nələr, nələr...
Uzun
hekayə...
Qətibə Cahandarovanın pəmbə saşları...
Ləzgi qızı Zoyanın gözəl gözləri...
“Qafqaz əsiri”ndəki Ninanın – Aidanın elə 50 il qabaqkı kimi maddım-maddım danışığı...
Dağlar qızı Rənanın qızı ilə görüşümüzə gəlməyi...
Hələ onun şagirdi olmuş ədəbiyyat sevdalısı Pərvanənin pərvanəyə dönməsi...
Ş.Şəfiqənin elmi mühazirəsi...
Və
Elmiranın mənə ləzzət edən yeni müraciəti: “Əfəndi...”
Kərbalayı
Nəbi... Kərimbəyli Azad... Seyid İsmayıl... Ağüdili Talıb... Və Qaradərəli
Azad...
Gəlmək
imkanı olmayan dostlarımız Gəncəvi, P. Şəfiqə, Ələmdar... Diləfruz...
A.Ofelya... Zamirə...
Tapa
bilmədiyimiz Mükafat, İ.Ofelya...
Və
dünyasını dəyişən Nəhayət, Eyvaz, Xalidə...
Ruhları şad olsun!
...
50
illiyimiz qutlu olsun, dostlar!
Yeni
görüşlərədək!









Yorumlar
Yorum Gönder