AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 15-ci CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZAD
QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 15-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Yazıçı
Azad Qaradərəlinin əsərlərinin 15-ci cildi çapdan çıxmışdır.
Bu
cildə müəllifin “Bir qazinin yarımçıq gündəliyi”, “Baş nazirin frakı” romanları
və səkkiz hekayəsi daxil edilmişdir.
Cilddə
yer alan hər iki roman müəllifin son illərdə qələmə aldığı əsərlərdəndir. Onu
da deyək ki, romanlar sosial şəbəkədə - “Bir qazinin yarımçıq gündəliyi”
yazıldıqdan az sonra edebiyyat.az saytında yayımlanmış, “Baş nazirin frakı” isə
müəllifin şəxsi bloqu qaradereli.blogspot.com-da - oxucalara çatdırılmaqdadır.
“Bir
qazinin yarımçıq gündəliyi” adlı roman 44 günlük Vətən Müharibəsinin qazisi,
dinc dövrdə Dövlət Sərhəd Xidmətinin zabiti kimi çalışmış gəncin gündəlik şəklində
qeydləri əsasında qələmə alınıb. Müharibə bitdikdən sonra zabit Ermənistanla sərhəddə
xidməti vəzifəsini yerinə yetirərkən minaya düşür və...
Əsərin
düyün nöqtəsi bu hadisədən qaynaqlanır. Daha sonra bir-birindən ilginc olaylar
baş verir. Ən ağırı isə, təbii ki, atanın başına gələnlərdir. Min illərin
problemi olan atalar və oğullar mövzusu, birbaşa olmasa da, bu romanın da nüvəsində
özünə yer alıb. Birinci Qarabağ Müharibəsinin iştirakçısı olan ata ilə İkinci
Qarabağ Müharibəsinin qəhrəmanlarından olan oğul arasında ata sevgisi, oğul istəyi
açıq-aydın hiss olunsa da, gözəgörünməz bir ziddiyyət də var... (Qeyd etməyi
lazım bilirik ki, əsərin obrazları olan zabit oğulun prototipi sağdır, müharibə
qazisi kimi həyatını yaşamaqdadır, atanın prototipi isə, əsər bitəndən az sonra
vəfat etmişdir.)
Cildə
daxil olan ikinci roman isə “Baş nazirin frakı” adlanır. Bu qəribə süjet xəttinə
malik fantasmaqorik əsərdə ən pik nöqtə yazıçının birdən-birə ölkənin idarə edilməsinə gətirilməsi
ilə başlayır. Prezident üsul-idarəsindən parlamentli respublika üsul-idarəsinə
keçidlə özünü baş nazir kimi görən yazıçı gah ölkəni idarə edir, gah qələmə
sarılıb əsər yazır, gah da öz dövlətçilik duyğularını dilə gətirir. Sonda məlum
olur ki, dövlət idarəçiliyi də bir sənətdir və bununçün çox böyük yetənəklərə
sahib olmalısan. Yazıçı isə olsa-olsa öz bədii əsərləri və publissistik
çıxışları ilə bu işə töhfə vermiş olar.
Mirzə
Fətəli Axundovun “Aldanmış kəvakib” əsərinin yeni variantda ortaya çıxması kimi
də xarakterizə edə bilərik bu əsəri - təbii, posmodern üslubun yansıması kimi.
Cilddə
yazıçının süjet “qohumluğu” olan iki hekayəsi də verilmişdir.
Eyni
zamanda “Ukrayna hekayələri” silsiləsindən üç hekayə də cilddə özünə yer
almışdır.
Qanun
nəşriyyatında işıq üzü görən yeni cildin redaktoru Vaqif Osmanlı, tərtibçisi
Türkan Azadqızıdır.
Kitabı
yaxın günlərdə Milli Kitabxanadan (əski M.F.Axundov adına kitabxana), AMEA-nın,
ADPU-nun (əski APİ), Folklor İnstitunun, Xəzər Universitetinin, Zəngilan
rayonunun Mərkəzi kitabxanalarından əldə edib oxumaq olar.

Yorumlar
Yorum Gönder